Ailəm icazə vermədiyinə görə namazı atmışam, yenidən başlaya bilərəmmi?
Sual:
salam aleyüm men sizə bir sual vermək istəyirdim:1)mən namz qılırdım amma,ailəm icazə vermir deyə namazlarımı dayandırdım buna görə günah qazanırammı və yaxud namazı təzədən başlamaq istəyirəm bu doğrudurmu?
Cavab:
Aleykum salam. Namazı dayandırmaqda səhv etmisiniz, çünki namazı dayandırmaq böyük günahdır və bu işdə valideynlərə itaət etmək olmaz. Uca Allah buyurur: "Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etsələr, onlara güzəştə getmə". (əl-Ənkəbut, 8). Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Yaradana (Allaha) asi olmaqda məxluqa itaət edilmə". (İmam Əhməd, 1095). Bu səbəbdən tövbə edin və dərhal namaza başlayın. Həmçinin oxuyun:
Valideynlərim namaz qılmağa qoymur, nə edim?
Namaz qılmaq üçün valideyndən icazə almaq vacibdirmi?
Namaz ən fəzilətli ibadətdir!
Namaz qılmağın qaydası - VİDEO