Atam icazə vermədiyi üçün ondan gizlin kəbin kəsdirə bilərəmmi?

    16.03.2021
Kimdən: 
Aysun
Sual: 
Es Salam Aleykum. Sualkmi cavablandirsaniz cox sevinerdim cunki cox vacib meseledi. Men ve anam muselmanam. Atam ise muwrik. Atam,niwanlimla menim kebinime razi deyil. Anam ise haqqi bildiyi ucun raziliq verib. Niwanlimda muselmandi. Amma önceden daniwib,onun raziligi ile qerara aldiq ki, toy olmadan mene yaxinliq etmeyecek. Opmek qucaqlamaq istisna. Atamnan(Muwrik)gizlin kebin kesdirmeyim dogrudurmu. Cunki atam deyrki toydan sonra ve ya toya 1 2 gun qalmiw kesdirin. Halbuki toya 10 11 ay var. Bizse gunah qazanmaq isdemirik. Ve ya Niwanlim menle yaxinliq etmek isdese men razi olmasam toya qeder bu mene gunahdirmi?
Cavab: 

Və aleykum Salam. Əvvəlcə qeyd edək ki, özünü müsəlman adlandıran bir insana namaz qılmadığı üçün və ya bilməyərəkdən bəzi şirk əməlləri etdiyi üçün müşrik demək böyük günahdır. Əgər o insan Allah qatında müşrik sayılmırsa, bu sözün sizin özünüzə qayıdaraq əməllərinizin puç olmasından qorxmalısınız. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Heç bir insan digərini fasiqlikdə və kafirlikdə ittiham etməsin. Çünki onun dediyi kimi olmasa, bu söylədiyi özünə qayıdar". (Səhih əl-Buxari, 6045; Səhih Muslim, 61). Əgər atanız özünü islamdan başqa bir dinə nisbət edirsə (məsələn, bütpərəstlik, ateizm, xristianlıq və s.), bu halda vəli olmaq hüququnu itirir və onun əvəzinə məscid imamı, elm əhli kimi hər hansı mötəbər bir şəxs vəli olur. Daha ətraflı:

Namaz qılmayana kafir demək olarmı?

Beləliklə, atanız özünü müsəlman adlandırırsa, kəbində onun icazəsi vacibdir. Nikahın əsas şərti budur ki, qadın tərəfdən vəli (atası, yoxdursa qardaşı, yoxdursa əmisi və s.), iki şahid olmalı və qadına mehr verilməlidir. Bu şərtlərə əməl olunmayan nigah batildir. Odur ki səbrlə və gözəl əxlaqla atanızı razı salmağa çalışın. Daha ətraflı:
Valideynlərdən xəbərsiz nikah bağlamaq olarmı?

Müşrik kimdir və əlamətləri nədir?

Nişanlılar kəbin kəsdirmədikləri müddətdə naməhrəm olduqları üçün sadaladığınız şeyləri etmələri haramdır. Daha ətraflı: Nişanlıların nələri etməsi qadağandır?

Paylaş: