Səcdə və rükuda dörd dəfə "Subhənəllah" demək olarmı?

    26.08.2020
Sual: 
Salam secde ve ya ruku de 4 defe suphenAllah demek olarmi
Cavab: 

 Aleykum salam. Uca Allah bizə bütün ibadətlərdə Peyğəmbəri (Allahın ona və ailəsinə salavatı və salamı olsun) nümunə götürməyi buyurur: "Həqiqətən, Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir". (əl-Əhzab, 21)." Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Mən necə namaz qılıramsa, siz də elə qılın!" (Səhih əl-Buxari, 6857). Həmçinin namaz da ən fəzilətli ibadətdir və bu ibadətin Allah dərgahında qəbul olunması üçün onu Peyğəmbərin (Allahın onavə ailəsinə  salavatı və salamı olsun) etdiyi kimi yerinə yetirmək lazımdır. Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) necə namaz qıldığına diqqət etsək görərik ki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) nə rükuda, nə də səcdədə "Subhənəllah" zikrini etməmişdir. Bu səbəbdən rüku və səcdədə deyilən zikrlərdən birini demək lazımdır. Rüku və səcdədə edilən zikrlər barədə oxuyun:
Rükuda oxunan zikrlər
Səcdədə edilən dua
Rükuda və səcdədə edilən zikrlər hansı ardıcıllıqla deyilir?

Rüku və səcdədə edilən zikrlərin sayına gəlincə, bu zikrləri bir dəfə demək vacibdir. Bir dəfədən artıq istənilən sayda demək icazəlidir. Həmçinin oxuyun: Peyğəmbər ﷺ namazı necə qılardı?

Teqlər: 
Paylaş: