Əsəbiləşərək küfr sözlər işlədən insan dindən çıxırmı?
Sual:
Salam. Eger 1 insan esebleşerek kufr etse dinden cixmiş olurmu? 1 adam esebleşib dedi: "ta dua etmeyecem ne deyirem tersine cixir" sonra nese dedi yene ve "..eger Allah varsa.."dedi ,ozde oruclu idi. Indi bele bir adam dinden cixir? Ne etmelidi? Tovbe edib, şehadeti deib ve qusl almalidi? Eger qadindirsa ne quslu? Ve hemin gunun orucu batildi? Yeniden qezasini tutmaq lazimdi?
Cavab:
Və aleykum Salam. Əvvəla "Daha dua etməyəcəm nə deyirəm tərsinə çıxır" ifadəsinə gəlincə, bu ifadə küfr olmasa da belə demək çox böyük bir səhvdir. Çünki, Uca Allah heç bir duanı cavabsız qoymur sadəcə bəzən əgər dua edən üçün xeyirlidirsə, duanı qəbul edir, bəzən duanın əvəzinə Qiyamət günü savab verəcək, bəzən də edilən dua qədər bəlanı uzaqlaşdırır. Həmçinin oxuyun: Duanın qəbul olması dedikdə nə nəzərdə tutulur?
"Əgər Allah varsa ..." ifadəsinə gəlincə, əgər bu ifadəni Allahın varlığına şübhə etmədən, sadəcə əsəbiləşərək qeyri-ixtiyari demisinizsə, bu ifadə də küfr sayılmır. Odur ki, nə orucunuz pozulmur, nə qüslu vacib edir, nədəki insanı dindən çıxarmır. Belə olan halda müsəlman səmimi şəkildə tövbə etməli və etdiyi əməldən peşman olmalıdır. Daha ətraflı:
Əsəbiləşərək küfr sözlər işlədən şəxs dindən çıxırmı?
Fala baxdırmaq kimi böyük küfr əməllər edən dərhal dindən çıxmırmı?
Bilərəkdən və ya bilməyərək küfr edən birinə kafir demək olarmı?
Tövbə etsəm, Allah məni bağışlayarmı?