Vacib namazları qılmayıb nafilə namazları qılmaq olarmı?
Sual:
Salam Men namaz qilmiram .Ama isteyirem qedr gecesinin namazınl qılım.Olar?? Ümümiyyetle vacib namazı qılmiyib müsteheb namazı qılmaq olar?
Cavab:
Və aleykum Salam. Vacib ibadətləri tərk edən buna görə bünah qazanır. Müsətəhəb ibadətləri tərk edən isə buna görə günah qazanmır. Ona görə insan ilk olaraq vacib ibadətləri yerinə yetirməlidir. Gün ərzində beş vaxt namaz da ən önəmli vaciblərdən biridir. Müsəlman Uca Allaha nafilə namazlardan qabaq vacib namazlarla yaxınlaşmalıdır. Vacib namazları qılmayıb, təkcə müstəhəb olan namazları qılmaq düzgün deyildir. Həmçinin, qədr gecələrini ümumi olaraq namaz, dua, Quran oxumaq kimi ibadətlərlə geçirmək müstəhəbdir, lakin, şəriətimizdə xüsusi olaraq qədr gecəsi deyilən bir namaz yoxdur. Daha ətraflı: