Camaat namazında sıranın arxasında tək dayanmaq olarmı?

    22.10.2020
Sual: 
Əsalamu Alekum və Rəhhmətullah dəyərli qardaşlar. İlk öncə Sizə təşəkkürümü bildirmək istərdim belə gözəl sayt üçün.Sizin sayənizdə dini biliyimi artırıram və hər kəsə Sizin saytı məsləhət görürəm.Allah elminizə bərəkət versin və Sizdən razı olsun.Amin! Sizə bir neçə sualım olacaq Allahın izni ilə. 1.Məni vəsvəsəyə salan məqam odur ki dəstəmaza başlayərkən "Bismilləh" sözünün əlləri yumadan qabaq və ya sonra deməyin fərqi varmı? Mən adətən bismilləh deyib bir başa ağızdan başlayıram.Bu səhvdir mi? 2.Camaat namazında əgər cərgə dolarsa arxaya keçib yeni səfdə tək durmaq olarmı?
Cavab: 

Və aleykumus-Sələm və Rahmətullah.
1. Əvvəla çalışıb şübhədən, vəsvəsələrdən uzaq durmaq lazımdır. Dəstəmaza başlayarkən "bismilləh" sözünü demək vacib deyil. Əksər alimlərin rəyinə görə dəstəmaz alarkən "bəsmələ" demək sünnə-muəkkədə, yəni təkid olunan sünnədir. Odur ki, unudularaq, hətta bilə-bilə tərk olunsa belə, dəstəmaz səhihdir. Dəstəmaz alarkən "bismilləh" sözü əllər yuyulmamışdan əvvəl deyilir. Həmçinin oxuyun:
Dəstəmazın düzgün olması üçün şərtlər
Peyğəmbər (salləllahu aleyhi va səlləm) necə dəstəmaz alardı?
Dəstəmazdan sonra edilən zikr
Şeytanın vəsvəsələrindən necə xilas olmaq olar?

2. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) camaat namazında cərgənin arxasında tək durmağı qadağan etmişdir və bildirmişdir ki, belə edənin namazı səhih deyil. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Səfin arxasında (səfdə yer ola-ola) tək namaz qılanın namazı batildir". (İmam Əhməd, 15862; İbn Macəh, 1003). Lakin bu, cərgənin dolması halına aid deyil. Əgər camaat namazında cərgə dolarsa, cərgənin arxasında tək namaz qılanın namazı səhihdir. Həmçinin oxuyun: Camaat namazı

Paylaş: