Qurani-Kərimi düzgün oxumaq üçün hansı kitabdan istifadə etmək lazımdır?
Sual:
Salam,
23 yaşım var, əfsuslar olsun ki bügünlər də qəflət yuxunsan oyanmağa cəhd edirəm, kaşki əvvəldən cəhd edərdim.
Hıyatımda son baş verən hadisələr buna vəsilə oldu.
Məni bir sual maraqlandırı, Rüqyə sürələrini ərəbcə oxuyuram və mənalarınada diqqət edirəm amma və lakin istər istəməz istədiyim nəticədə mükəmməl oxuya bilmirəm sanki mənı yanlış səsəndirirəm kimi bir hiss olur içimdə bu məni narhat edir.
Qurani Kərimin düzgün oxunuşu üçün çməsləhət edə bilcəyiniz üsullar varmı?
Əgər oxunuşda səflər olarsa Allah tala, qıldıqım namazı və ya oxuduqumuq duaları qəbul etməzmi.
Əgər cahilcə sual vemişəmsə, üzrlü sayın hələ çox yeniyəm.
Cavab:
Aleykum salam. Qurani-Kərimi düzgün oxumaq üçün müəllim vasitəsilə Təcvid elmini öyrənmək lazımdır. Təvcid barədə bu kitabı sizə tövsiyə edirik:
Uca Allah hər kəsi yalnız qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər bir müsəlman bacardığı qədər Quranı düzgün oxumalı və namazın sözlərini ərəbcə düzgün tələffüz etməlidir. Bu əsnada səhv etmiş olsa belə qıldığı namazlar səhihdir və buna görə günah qazanmır. Həmçinin oxuyun: