Namazın sözlərini səhv dedikdə namazdan çıxmaq lazımdırmı?
Sual:
Salam Aleykum. Menim 16 yaşım var. Elhamdullilah 5 namazın hamsını vaxtında qılıram. Bezen namaz qılarken sözleri düzgün demediyimi düşünüb tezden sözleri deyirem. Bele halda men namazı kesib destemazı tezden alıb namaza tezden başlamalıyam? Ve İslamda qadınların eba geyinmeyi vaxibdirmi?
Cavab:
Va aleykum Salam. Namazın sözlərini deyərkən səhv etdikdə təkrar demək namazı batil etmir. Bu hal baş verdikdə namazdan çıxıb dəstəmaz almağa ehtiyac yoxdur. Daha ətraflı:
İslamda qadının əba geyinməsi vacib deyil. Müsəlman qadının (naməhrəmlər yanında) geyimində əsas şərt odur ki, libas əllər və üz istisna olmaqla bütün bədəni örtmüş olsun, dar, şəffaf və cəlbedici olmasın. Daha ətraflı: