Quran və hədislərdə elmli adamlar dedikdə kimlər nəzərdə tutulur?
3. Quran və hədislərdə elm adamları dedikdə, əsasən din alimləri nəzərdə tutulur, lakin İslam dini dünyəvi elmləri öyrənməyə də təşviq edir. Bu elmləri öyrənən kəsin məqsədi insanlara, cəmiyyətə fayda vermək olarsa, buna görə savab qazanmış olar. Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) dövründə müsəlmanlara oxuyub-yazmaq öyrədən düşmən əsirlər azad edilərək sərbəst buraxılırdı. Uca Allah buyurur:
"De: "Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?!" (əz-Zumər, 39). Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Öləndən sonra insan üçün ən xeyirli olan bu üç şeydir; onun üçün dua edən əməlisaleh övlad qoyub getməsi, mükafatı kəsilməyən sədəqə və özündən sonra qoyub getdiyi faydalı elm". (Muslim, 1631).
Həmçinin bu cavabları oxuyun: