Namazda şalvarın balağı hansı uzunluqda olmalıdır?
Sual:
Allahın salamı və bərəkəti olsun sizlərə!
Zöhr və əsr namazlarını qəza etmişəm. Məğrib girib, qəzaları hansı ardıcıllıqla qılmalıyam.
Namazda şalvarın balağı hansı uzunluqda olmalıdır? Şortiklə namaz qılmaq olarmı? Sağ olun.
Cavab:
Və aleykumus Sələm və Rahmətullahi və Bərakətuhu. Əvvəla bunu qeyd edək ki, əgər namazları səhlənkarlıq səbəbindən ötürmüsünüzsə, bu namazları artıq itirmisiniz və bu namazlar qəza olunmur. Bunun üçün tövbə edib əvəzinə nafilə ibadətləri çoxaldın. Daha ətraflı:
Namazları qəza etdikdə ardıcıllıq necə olmalıdır?
Namazları qəsdən qəza etməyin günahı nədir?
Hansı hallarda namazları qəzaya saxlamaq olar?
Səhlənkarlıqdan namazı çoxlu qəza edən və qəzaların sayını bilməyən nə etməlidir?
Ümumiyyətlə istər namazda, istərsə də namazdan kənar müsəlmanın şalvarının ətəyi topuqdan aşağı düşməməlidir. Suleym ibn Cabir əl Huceymi (Allah ondan razı olsun) demişdir: "Mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəldim. O, bir paltarda dizlərini qatlayıb baldırlarını bir-birinə keçirərək oturmuşdu. Paltarın ətəyi onun ayaqlarının üstündə idi. Mən dedim: "Ey Allahın Elçisi! Mənə nəsihət et!" Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Allahdan qorx, yaxşı işləri heç vaxt dəyərsiz hesab etmə, hətta su istəyən kimsənin qabına öz qabından su töksən belə və yaxud gülərüzlü halda qardaşınla söhbət etsən belə. Paltarının ətəyini (topuqdan aşağı) uzatmaqdan çəkin. Çünki bu, təkəbbürlükdəndir və Allah bunu sevmir...". (əl-Buxari "Ədəbu-l-Mufrad", 1182). Həmçinin oxuyun:
"Kişi topuqdan yuxarı geyinməlidir" hədisi varmı?
Şalvarlarının balağının topuqdan yuxarı geyinmək haqqında
Saqqalın və şalvarın balağının qısa olmasının dəlili nədir?
"Kişi topuqdan yuxarı geyinməlidir" hədisi varmı?
Şalvarlarının balağının topuqdan yuxarı geyinmək haqqında
Saqqalın və şalvarın balağının qısa olmasının dəlili nədir?
Kişilərin dizdən aşağı şort ilə namaz qılması icazəlidir. Daha ətraflı: Şortik ilə namaz qılmaq olarmı?