Ailədə dava-dalaş olmasın deyə dua yazdırıb asmaq olarmı?

    12.11.2021
Sual: 
Salam.kökelmek uçun Allaha dua etsem o duam qebul olunarmı? 2ci sualımda beledir men neçe ildi erime arvad kimi munasibet göstermemişem.ama indi tovbe edib ona yaxınlıq verirem ve yaxşı davranıram.evvelki davranışa gore Allah meni bagşlayacaqmı?.erimle heç yola getmirdim bu cadudan olar deye fikirleşirdim molla dedi kebini tezele kebinimizi tezeledik biraz ferq var daha dua yazdlrlb asmaqa ehtiyac varmı dava dalaş olmasın deye..bu uç suala cavab yazın Allah sizden razı olsun.tez tez baxacam cavab gelsin
Cavab: 
Va aleykum salam.
1) Uca Allah Ona dua edənləri sevir və duaları qəbul edir. Dünya və Axirətdə sizə faydalı olan hər şeyi Allahdan istəyə bilərsiniz və əgər bu istək sizin üçün xeyirlidirsə, Uca Allah onu sizə bu dünyada verəcək. Əgər xeyirli deyilsə, bu duanın mükafatını Qiyamət günü verəcək və ya bu duaya görə sizdən hansısa bəlanı uzaqlaşdıracaq. Daha ətraflı:
Dua ibadətdir.Duaların qəbul olması üçün nə etmək lazımdır?

2) Uca Allahın haqqından sonra qadının üzərində olan ən böyük haqq ərinin haqqıdır. Əgər tövbə etmisinizsə, Uca Allah sizi bağışlayacaq. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) günah olmayan məsələlərdə ərə itaət etmənin qadına Cənnəti qazanmaq üçün vasitə olmasını bildirərək belə demişdir: "Qadın beş vaxt namazını qılarsa, Ramazan orucunu tutarsa, özünü haramdan qoruyarsa və ərinə itaət edərsə, Qiyamət günü ona: "Cənnətin hansı qapısından istəyirsənsə, ora daxil ol"- deyilər…". (İmam Əhməd, 1661). Daha ətraflı oxuyun:

İslam dininə görə qadın necə olmalıdır?
Kişi öz qadınını yatağına dəvət etdikdə qadını imtina edə bilərmi?

Dinimizdə cadunu batil etmək üçün nikahı təzələmək buyurulmayıb. Həmçinin evdə dava-dalaş olmasın deyə dua yazdırmaq kimi bir anlayış dinimizdə yoxdur. Dua sözünün mənası "Allahdan diləmək" deməkdir. Hər hansı bir duanı yazıb asmaqla fayda əldə etmək olmaz. Duanı dillə deyərək Allahdan istəmək lazımdır. Daha ətraflı:

Teqlər: 
Paylaş: