Musa qövmü ilə Misirdən çıxdıqdan sonra başına gələnlər

    22.02.2022
Sual: 
Musa peyğəmbər (ə) və qövmünün Misirdən çıxdıqdan sonra başına gələn hadisələri ardıcıllıqla yaza bilərsinizmi? Birdə Qarunun Misirdə var dövləti var idi?' əgər elə deyilsə onda o harda varlı idi?
Cavab: 

Əssələmu aleykum.

Musa (Ona Allahın salamı olsun) qövmü ilə dənizi keçdikdən, Firon və onun qömü isə dənizdə qərq olduqdan sonra Musanın başına gələnlər qısa olaraq belədir;

Musa qövmü ilə birlikdə babası Yaqubun və onun oğullarının çıxdığı şəhərə - Beytul-Məqdisə tərəf getdi. Yolda Musa Tur dağında Rəbbi ilə görüşə getdi. Bu arada qövmü buzova sitayiş etməyə başladı. Musa qayıdıb bunu gördükdə çox qəzəbləndi. Sonra qövmünə tövbə etməyi buyurdu. Daha sonra Musa Beytul-Məqdisə yaxınlaşdıqda, oranı artıq kafir bir qövmün ələ keçirdiyini gördü və qövmünə onlarla vuruşmağı əmr etdi, lakin onlar bundan imtina etdilər. Cəza olaraq Uca Allah onları səhrada qırx il azdırdı, məhz bu arada Musa (Ona Allahın salamı olsun) vəfat etdi. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: