Hamamda dəstəmaz alarkən "bismilləh" necə deyilir?

    12.08.2023
Sual: 
Əssəlamu Aleykum.1)Hamda dəstamaz alanda bismilləh dil ilə yoxsa qəlb ilə deyilir haqqa hansı yaxındı? Mən bismilləhi deyib girirəm və dəstamaz alıram düzdü? Qeyd edim hamada ayaq yolu yoxdu adi hamamdı.2)18 yaşım var üzümdə tük seyrəkdi uzadanda pis görünür üzdə az miqdarda saxlamaq şərtilə qırxmaq olar? Ümumiyyətlə bu yaşda nə qədər saxlamaq vacidi saqqal?3)Səhər axşam zikrləri səslə deyilir yoxsa səssiz (pıçıltı ilə)?4)Şükürü mən başa düşmürəm yəni Allaha şükür əlhəmdulilləh deməkdi? Necə Allaha çoxlu şükür edim ? Şükür sözlədi "Şükür Allaha" belə? Şükür haqqında yazardız başa düşərdim.5)dəstamaz alanda burnumun biri çox vaxt tutulur və birinə su gedmir.Dəstəmaz səhihdi?Allah razı olsun
Cavab: 

Və aleykum Salam.

1) Hamamda dəstəmaz alarkən "bismilləh" qəlbdə deyilir, və ya çöldə deyib sonra hamama daxil olmaq lazımdır. Bu barədə alimlər demişlər: "Hamamda olanda həmin kəs öz qəlbində "Bismilləh" deməli və bunu uca səslə söyləməməlidir. Ümumən, bu məsələdə daha doğru rəy budur ki, "bismilləh" söyləmək vacib deyil, müstəhəb (bəyənilən) bir əməldir" (Fətəva əl-İsləmiyyə, fəsil 1, səh: 219).

2) Həddi-büluğa çatmış hər bir oğlan uşağına üzündə bitən tükləri qırxmaq qadağandır. Ətraflı oxuyun:

Saqqal saxlamaq vacibdirmi?

3) Səhər-axşam zikrlərini həm səslə, həm də pıçıltı ilə demək icazəlidir. Əsas olan zikr edərkən dilin tərpənməsidir. Ətraflı oxuyun:

4) Bu cavabları oxuyun:
Paylaş: