Uşaq dünyaya gətirən qadından qırx gün ərzində gələn axıntı nifas sayılırmı?
Sual:
Əssalamu Aleykum. Nifas müddətində yəni 40 gun tamam olmamiş gelen axintilarin hamsi nifas qanidirmi? Yəni qanli ifrazat gəlir lakin bir ara gelmir daha sonra təzədən başlayir gəlməyə bəzən qanli ifrazat gəlir bəzəndə qehvəyi rəngli bələ? Doğus sancilari ilə gələn qəhvəyi axinti nifas sayilirmi yoxsa uşaq doğulandan sonra gələn ? Əgər nifas vaxti gecə yarisindan sonra bitirsə qadin hansi namazlari qilmalidir? Bəzən məndə iman etdiyim.halda pis fikirlər gəlir elebil inkar edirəmmiş kimi və bu məni narahat edir qəlbim sıxılır. Mən bəzən namazda Allaha yaxsi qul ola bilmirəm deyə pesmançilig çekir bagislanma diləyir və ağlayiram bu menim namazima xələl gətirmir ki
Cavab:
Və aleykum Salam. Bəli, uşaq dünyaya gətirən qadından 40 gün ərzində gələn axıntılar nifas sayılır. Nifas qanı qəhvəyi və qısa fasilələrlə gələ bilər. Hamilə qadında doğuş sancıları ilə gələn qan artıq nifas sayılır. Əgər qadın gecə yarısından sonra nifasdan təmizlənmişsə, artıq qüsl edib Sübh namazından başlayaraq namazlarını qılmalıdır. İnsana özündən asılı olmayaraq pis fikirlərin gəlməsi şeytanın vəsvəsəsidir və buna görə ona günah yazılmır. Bu barədə ətraflı oxuyun:
Namazda Uca Allahın qorxusundan ağlamaq namaza xələl gətirmir. Ətraflı oxuyun: