Uşağa süni qida vermək günahdırmı?

    31.08.2024
Kimdən: 
K
Sual: 
Əssalamu Aleykum.Əgər uşaq ana südündən doymursa aglayirsa əmizdirəndə suni qida verende gunah yazilirmi? Yeni ana sudu kesib suni qida versek cunki sud azdi gelmir. Namazin vaxti giren kimi qilmaq isteyendə korpə usağim sakit dayanmir aglayir qucağa alib qilmaq isteyirəm ordada ağlayir sakitlesene kimide savab vaxtindan mehrum oluram ne edə bilerəm bele halda mene gunah yazilirmi sakitlesdirib biraz sonra qiliram bezən 1 saat sonra da olur.Uşağin yatmamasi yaxşi yememesi bezi narahatçiliqlari olmasi ana uçun sinaq ola bilərmi ?Ana usağa baxirsa bunun savabi varmidir?Qurani təzə oxumaği oyrenen biri yavas yavas heyca ile oxuya bilermi yada bir qariyə qulaq asib sonra baxib oxuya bilərmi özü
Cavab: 

Və aleykum Salam. 

1) Ana südü kifayət etmədikdə uşağa süni qidalar vermək icazəlidir. Buna görə anaya günah yazılmır. 


2) Namazı girən kimi qılmaq daha savabdır. Lakin əgər, üzürlü səbəbə görə qəza edilmədən gecikdirilərsə, buna görə günah yazılmır. Ətraflı oxuyun:


3) Sözsüz ki, müsəlmanın qarşılaşdığı hər bir çətinlik, keçirdiyi hər bir narahatçılıq onun üçün imtahandır və bu onun üçün günahlara kəffarədir. Ətraflı oxuyun:

4) Əməllər niyyətlərə görədir. Əgər insan bir əməli Allahdan savab umaraq edirsə, buna görə savab qazanır. Əgər qadın övladını gələcəkdə tək Uca Allaha ibadət edən əməlisaleh, cəmiyyətə faydalı bir insan olması üçün böyüdərsə, buna görə savab qazanar. Həmçinin oxuyun:

5) Bu cavabı oxuyun:
Teqlər: 
Paylaş: