Ərəb dilini öyrənərkən və ya ərəbcə yazarkən dəstəmazlı olmaq şərtdirmi?

    09.10.2025
Kimdən: 
Nura
Sual: 
Salam aleyküm men size bir neçe sualım var Zehmet olmasa cavab yazarsız tezlıkle genış etraflı Allah razıolsun 1 Sualım erebce yazmaqı oyrenende destamazlı olmalıyam yoxsa vacıb deyıl istenilen vaxt yaza bılerem destamazsız qusulsuz? 2 sualım men namaz qılanda pıslesırem sankı boğuluram ozmu evvelki kimi his etmirem sebebı nıyedr? men aile qurandan sonra namazdan çox aralı qaldım ara sıra qıldım hetta vaxt oldu kı aylarla qılmırdım son axır vaxt qılanda Bele hallar bas verdı mende sebebı nedr men ne edım ? Sankı Rabbim mene uz donderıb namazım qebul olunmur menı esıtmır gormur sevmır men ne edım evvelkı kımı olum ? 3 sualım qılmadıqım ıllerın namazı qeza gedrmı gezası nece qılım?
Cavab: 

Və aleykum Salam. 

1) Ərəb dilini öyrənərkən və ya ərəbcə yazarkən dəstəmazlı olmaq şərt deyil. 

2) Hər hansı bir qul tövbə edib Allaha dönərsə, Uca Allah onun tövbəsinə sevinir və qəbul edir. Sizə gələn fikirlər şeytanın vəsvəsəsidir. Sizi ümidsiz edib ibadətdən ayırmaq istəyir. Bu vəsvəsələrə fikir verməyin və ibadətlərinizə davam edin. İmanınızı artıran əməllər edin. Həmçinin oxuyun:


3) Qılmadığınız namazları qəza etməyə ehtiyac yoxdur. Tövbə özündən əvvəlki günahları silir. Ətraflı oxuyun:
Teqlər: 
Paylaş: