Namaz və dəstəmazla bağlı suallar

    16.01.2015
Kimdən: 
Ayan
Sual: 
Salam namazin son otruslarinda ettehiyyatu allahumme salli allahumme barik yalniz bunlari demek olar .Destemaz alanda her 2ayaga meshi sag elnen cekmek bilmeden qildigim namazlar kecersizdirmi.Namazda 1ci ruketde fələq nas suresi demek olar
Cavab: 

Aleykum salam.

  1. Bəli, demək olar, ancaq axıra kimi oxumaq daha yaxşıdır. Daha ətraflı: Təşəhhüd,  Təşəhhüddən sonra Peyğəmbərə oxunan salavat,  Axırıncı təşəhhüddən sonra, salamdan qabaq edilən dua
  2. Dəstəmazda ayaqlarınıza məsh çəkərkən hər iki ayağınıza sağ əliniz ilə məsh çəkməyiniz namazı batil etmir. Daha ətraflı: Namazı batil edən amillər 
  3. Namazda 1-ci və 2-ci rükətlərdə Fatihədən sonra istədiyiniz surəni,o cümlədən əl-Fələq və ən-Nəs surələrini də oxuya bilərsiniz. Uca Allah buyurur: "...Elə isə (namaz qılarkən) Qurandan (sizə )asan gələni oxuyun!" (əl-Muzzəmmil, 20)

Həmçinin oxuyun: Peyğəmbərimiz namazlarda hansı surələri oxuyardı?

Paylaş: