Qüsl alarkən övrət yeri bağlanmalıdırmı və digər suallar

    11.06.2015
Sual: 
Salam Aleykum1--.Men derse qulaq asmiwdim orda deyildi ki qusl alarken ovret yerini ormek daha yaxwidi bu umumen cimendede nezerde tutulur...?? Insan gerek her tetefli temiz yuyunmalidi AxI ...2--- ci sualim elm oyrenmek ucun hansi kitablari oxumaq lazimdir?????adlarini yazardizda zehmet olmasa...3 --cu sualim EgEr ovlada valideyn halalliq veribse Ve coxlu dua edirse ama qebul olmur nEce ildi bu insanin iwleri duz getirmir neye gore BeLe olUr goresen???????4----- bideki. Peyganber (s.a.v) en cox hansi duani edirdi????.cox sagolun Cavablara gore evvelceden???
Cavab: 

Aleykum salam. 

  1. Çimərkən və ya qüsl alarkən övrət yeri açıq ola bilər, istəsəniz ədəb baxımından örtülü saxlaya da bilərsiniz.
  2. Elm öyrənməyə başlamaq üçün Qurani Kərimi və onun təfsirini (ayələrin izahı) oxumaq, tövhidə (yalnız Allaha ibadət) aid kitablar oxumaq və dərslərə qulaq asmaq, səhih hədisləri və onların şərhini öyrənmək lazımdır. Həmçinin oxuyun:
  3. Cavabı buradan oxuyun: Dualarım qəbul olmur, nə edim?
  4. Peyğəmbərimizin (salallahu aleyhi və səlləm) ən çox etdiyi dualardan biri də istiğfar duası olub. Belə ki, Əbu Hureyrə (radiyallahu anhu) peyğəmbəri (səllallahu əleyhi və səlləm) belə buyurarkən eşitdiyini söyləmişdir: "Vallah mən gündə yetmiş dəfədən çox Allahdan məni bağışlamasını diləyir, tövbə edərəm - Əstəğfirullaahə va ətuubu ileyhi". (Buxari, Dəavat: 3; "Təfsiir Suuratu Muhəmməd"; İbn Məcəh, Ədəb: 57).
Paylaş: