Qorxuram ki, namaz qılsam öhdəsindən gələ bilmərəm...
Salam aleykum. Güclü şeytan yoxdur, zəif müsəlman var. İbadət etməyəndə iman zəifləyir, hətta çox aşağı səviyyəyə düşür və günahlar çoxalır. İbadət edəndə isə iman artır. Buna görə namaz mütləq qılınmalıdır. Əməllərə gəldikdə isə bu əməllər günahlardır və qadağan olunub. Namaz isə Uca Allahın əmridir. Əmri yerinə yetirməmək Allaha üsyandır. İnsan Allaha bir az yaxınlaşanda, Allah ona daha çox yaxınlaşır. Ona görə Allaha təvəkkül edib dərhal namaza başlamaq lazımdır. Uca Allah Qurani-Kərimdə buyurur: "Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir". (əl-Əhkəbut, 45). İndiyə kimi haram olan əməllərdən tövbə edin və bu günahları yadınıza salmayın. Sizi harama sürükləyən insanlardan da uzaqlaşın. Allahın sizi daha çox sınağa çəkməsi isə şeytan vəsvəsəsidir və bu fikirlərdən uzaqlaşın. Allah sizə kömək olsun. Həmçinin, oxuyun: