yaradılış

Allah barədə gözəl zəndə olmaq

    14.07.2024

Mömin insana xas olan xüsusiyyətlərdən biri də Allah barədə gözəl zəndə olmaqdır. Allah barədə gözəl zəndə olmaq tövhidin tələb etdiyi vacib əməllərdən biridir və qulun tövhidi yalnız bununla doğru sayılır. Peyğəmbərimiz ﷺ bir çox hədislərdə ümmətini Allah barədə gözəl zəndə olmağa rəğbətləndirmiş, onun dünya və axirətdə mükafatını və gözəl aqibətini bildirmişdir.

Yoxsa onlar göyləri və yeri yaradıblar?

    11.11.2022

Qurani Kərim Yaradanın varlığını inkar edənlərə bu ayələri dəlil olaraq gətirir: “Bəlkə onlar öz-özünə yaranıblar? Yaxud onlar yaradanlardır? Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar” (ət-Tur, 35-36). Bu dəlil ağıllı insanları Yaradanın varlığına iman gətirməyə məcbur edir. Bu ayələr o qədər bəlağətli və təsirlidir ki, onu eşidən hər kəsin qəlbini titrədir. Rəvayət edilir ki, Cubeyr ibn Mutim demişdir: “Mən Peyğəmbərin – ona və ailəsinə Allahın salavatı və salamı olsun - məğrib namazında “ət-Tur” surəsini oxuduğunu eşitdim.

Allah barəsində mübahisə edən padşahın əhvalatı

    25.04.2020

Uca Allah Qurani-Kərimdə İbrahim peyğəmbərlə Allah barəsində mübahisə edən padşahın əhvalatı haqda danışaraq belə buyurur: “Allahın verdiyi hökmranlıq üzündən (azğınlaşaraq) İbrahim ilə Rəbbi barəsində mübahisə aparan şəxsi görmədinmi? İbrahim: “Mənim Rəbbim həm dirildir, həm də öldürür!”- dedikdə padşah: “Mən də həm dirildir, həm də öldürürəm!”- demişdi. İbrahim: “Allah günəşi məşriqdən gətirir. Sən də onu məğribdən gətir!”- dedikdə, o kafir çaşıb qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz” (əl-Bəqərə, 258).

Rəsulullahın köksünün yarılması

    16.04.2020

Muhəmməd peyğəmbərin köksünün yarılması iki dəfə baş vermişdir. Birinci dəfə onun köksü kiçik yaşlarında ikən yarılmışdır. Rəvayət edilir ki, Ənəs ibn Malik demişdir: “Peyğəmbər uşaqlarla oynayarkən Cəbrail onun yanına gəldi, onu tutub yerə yıx­dı və köksünü yarıb qəlbi­ni çıxartdı. Sonra onun içindən qan laxtası çıxart­dı və Pey­ğəm­bərə: “Bu, şeyta­nın səndə olan nəsibidir”– dedi. Onun qəlbi­ni qızıl ləyənin içində Zəmzəm suyu ilə yuduqdan sonra onu bağladı. Sonra da onu yerinə qay­tardı. Bunu görən uşaq­lar tələsik onun süd anasının yanına gəlib: “Muhəmməd öldürüldü!”– dedilər.

Ruh haqqında

    07.09.2019

Ruh sözü "rih" sözündən əmələ gələrək "xəfif külək" mənasını ifadə edir. Ruh görən və eşidən, bədənə daxil olaraq onu canlandıran, yuxu və ölüm anında bədəndən çıxan müstəqil varlıqdır. Uca Allah buyurur: Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir” (əl-İsra, 85).

Günəş haqqında

    07.03.2015

Uca Allah buyurur: “Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır” (əl-Əraf, 54).

“Günəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə ona mənzillər (səfhələr) müəyyən edən Odur. Allah bunları yalnız haqq naminə yaratmışdır. O, ayələri bilən adamlara belə izah edir” (Yunus, 5).

Göydən su endirən Odur!

    25.07.2014

Uca Allah buyurur: “Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, ondan yaşıl otlar bitirir, onlardan da üst-üstə düzülmüş dənələr çıxarırıq. Xurma ağacının tumurcuqlarından, sallanmış salxımlar yetişir. Biz həmçinin üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar ağacları da yetişdiririk. Bar verdiyi və yetişdiyi zaman onların meyvəsinə baxın. Şübhəsiz ki, bunlarda iman gətirən adamlar üçün dəlillər vardır” (əl-Ənam, 99).

Gecə haqqında

    19.07.2014

Uca Allah buyurur: “Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yetişdirən də Odur. O, gündüzü gecə ilə örtüb bürüyür. Həqiqətən də, bunda dərin düşünən adamlar üçün dəlillər vardır” (ər-Rad, 3).

“Gecələr sizi yatızdıran, gündüzlər isə nələr etdiyinizi bilən Odur. Sonra O, sizi səhərlər oyadır ki, müəyyən olunmuş əcəliniz gəlib çatsın. Sonra isə dönüşünüz Ona olacaq. O, nə etdikləriniz barədə sizə xəbər verəcəkdir” (əl-Ənam, 60).

Pages