Məqalələr - İslamın əsasları
Təvəssül nədir?
Təvəssül sözü vəsilə axtarmaq deməkdir. Təvəssül insanın öz istəyinə nail olması üçün vəsilə axtarmasına deyilir. Qurani-Kərimdə vəsilə sözü iki dəfə işlənmişdir. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun, Ona yaxınlaşmaq üçün vəsilə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız” (əl-Maidə, 35).
Şirkin növləri
Şirk sözü iki şeyi bir-birinə bərabər tutmaq deməkdir. Şirk ibadətin hər hansı bir növünü Allahdan qeyrisinə həsr etmək, ona Allaha dua etdiyi kimi dua etmək, ondan Allahdan qorxduğu kimi qorxmaq, ona Allaha ümid bəslədiyi kimi ümid bəsləmək və onu Allahı sevdiyi kimi sevməkdir. Uca Allah buyurur: “İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər” (əl-Bəqərə, 165).
Quranın tərtibatı
Quran sözü oxuma, cəm etmə deməkdir. Quran Uca Allahın peyğəmbərlərin sonuncusu Muhəmmədə - ona və ailəsinə Allahın salavatı və salamı olsun - nazil etdiyi kəlamıdır. Quran Peyğəmbərimizə iyirmi üç il ərzində müxtəlif vaxtlarda nazil olmuşdur. Qısa surələrin çoxu birdəfəlik, əksər uzun surələr isə hissə-hissə nazil olmuşdur. Məkkə müşrikləri Muhəmməd peyğəmbərin dəvətinə kölgə salmaq, onu yalançı çıxartmaq üçün yəhudilərdən müqəddəs kitablar barəsində soruşurdular.
Ali İmran surəsinin son on ayəsinin izahı
Ali İmran surəsinin 190-200-cü ayələrinin izahı. Peyğəmbər bu on ayəni gecə namazına qalxdıqda oxuyardı. Rəvayət edilir ki, İbn Abbas demişdir: “Bir gecə xalam Məymunənin evində gecələdim. Peyğəmbər ailəsi ilə bir qədər söhbət etdikdən sonra yatdı. Gecənin son üçdə biri olduqda qalxıb yerində oturdu və göyə baxaraq: “Həqiqətən, göylərin və yerin yaradılışında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır” – ayəsini oxudu.
Münafiqlik nədir?
Nifaq (münafiqlik) sözü "nəfiqa" sözündən götürülmüşdür. Bu isə ərəbdovşanının yuvasının iki çıxışından birinə deyilir. Əgər yuvanın bir çıxışından onu tutmaq istəsələr, o qaçaraq o biri çıxışdan canını qurtarar. Həmçinin, deyilənə görə münafiq sözü "nəfəq" sözündən götürülmüşdür. Bu isə gizlənmək üçün istifadə edilən yeraltı tunel deməkdir.
Rəsulullahın vida həcci
Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – hicrətin 10-cu ilində, miladi tarixlə 632-ci ildə vəfatına təqribən üç ay qalmış bir dəfə həcc etdi. Buna görə həmin həccə vida həcci, orada verdiyi xutbəyə də vida xutbəsi deyilir. Rəvayət edilir ki, Zeyd ibn Ərqam demişdir: "Peyğəmbər on doqquz döyüşdə iştirak etmişdir. O, Mədinəyə hicrət etdikdən sonra bir dəfə həcc ziyarətində olmuş və bundan sonra bir daha həcc ziyarətinə getməmişdir. Bu da vida həcci olmuşdur.” (əl-Buxari, 4404).
Ruh haqqında
Ruh sözü "rih" sözündən əmələ gələrək "xəfif külək" mənasını ifadə edir. Ruh görən və eşidən, bədənə daxil olaraq onu canlandıran, yuxu və ölüm anında bədəndən çıxan müstəqil varlıqdır. Uca Allah buyurur: “Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir” (əl-İsra, 85).