Məqalələr - İslamın əsasları
Allahın "əl-Qabid" və "əl-Basit" adlarının mənası
əl-Qabid sözü götürən, azaldan deməkdir. əl-Basit sözü isə əl-Qabid sözünün əksi olaraq genişləndirən, artıran deməkdir. Allahın əl-Qabid və əl-Basit adları Peyğəmbərin – ona və ailəsinə Allahın salavatı və salamı olsun - hədisində zikr edilir. Rəvayət edilir ki, Ənəs ibn Malik demişdir: “Allah Elçisinin dövründə Mədinə şəhərində malların bahalaşması baş verdi. İnsanlar dedilər: “Ey Allahın Elçisi, mallar bahalaşdı, bizim üçün qiymətləri təyin et!” Allah Elçisi buyurdu: “Həqiqətən, qiymətləri təyin edən, azaldan (əl-Qabid) və artıran (əl-Basit), ruzi verən Allahdır.
Allahın "əl-Muhsin" adının mənası
əl-Muhsin sözü yaxşılıq edən deməkdir. Allahın əl-Muhsin adı Peyğəmbərin hədisində zikr edilir. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Allah yaxşılıq edəndir (əl-Muhsin) və yaxşı görülən işləri sevir. Odur ki, bir heyvanı öldürdükdə gözəl bir şəkildə öldürün, kəsdikdə isə gözəl bir şəkildə kəsin. Qoy sizdən biri bıçağını itilədikdən sonra heyvanı rahatlasın”.
əl-Muhsin olan Allah bəndələrinə yaxşılıq edən, onlara bol nemətlər bəxş edəndir. O, yaxşılıq edən bəndələrini sevir. Uca Allah buyurur:
Allahın "əs-Seyyid" adının mənası
əs-Seyyid sözü ağalıq edən, idarə edən deməkdir. Allahın əs-Seyyid adı Peyğəmbərin hədisində zikr edilir. Abdullah ibn Şixxir demişdir: “Mən Amir oğullarından bir dəstə ilə birgə Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - yanına gəldim. Onlar Peyğəmbərə: “Sən bizim seyidimizsən!” O isə: “əs-Seyyid Allahdır!”– dedi. Onlar dedilər: “Sən həm fəzilət, həm də əliaçıqlıq baxımından bizdən üstünsən!” O buyurdu: “Sözünüzü deyin! Qoy şeytan sizi öz havadarlarına çevirməsin.” (əl-Buxari, Ədəbul-Mufrad, 211).
Allahın "əl-Ğafur" adının mənası
əl-Ğafur sözü örtən, gizlədən deməkdir. Allahın əl-Ğafur adı Qurani-Kərimdə doxsan bir dəfə zikr edilir. Uca Allah buyurur:
“Qullarıma xəbər ver ki, Mən Bağışlayanam (əl-Ğafur), Rəhmliyəm. Əzabım isə ağrılı-acılı əzabdır” (əl-Hicr, 49-50).
Həmçinin buyurur:
“De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir" (Ali İmran, 31).
Allahın "əl-Vitr" adının mənası
əl-Vitr sözü tək olan deməkdir. Allahın əl-Vitr adı Peyğəmbərin hədisində zikr edilir. Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Allahın doxsan doqquz – yüzdən bir əskik – adı var. Kim onları yadda saxlayarsa, Cənnətə daxil olar. Allah təkdir (əl-Vitr) və tək sayda olanı sevir”. (Səhih əl-Buxari).
əl-Vitr olan Allah təkdir, Onun heç bir şəriki və tayı-bərabəri yoxdur. Uca Allah buyurur:
Allahın "əl-Cəmil" adının mənası
əl-Cəmil sözü gözəl olan deməkdir. Allahın əl-Cəmil adı Peyğəmbərin hədisində zikr edilir. Rəvayət edilir ki, Abdullah ibn Məsud demişdir: “Bir dəfə Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - dedi: “Qəlbində zərrə qədər təkəbbür olan kimsə Cənnətə girməz”. Bu vaxt bir adam dedi: “Adam libasının və ayaqqabısının gözəl olmasını xoşlayır”. Peyğəmbər buyurdu: “Allah gözəldir və gözəlliyi sevər. Təkəbbürlük isə haqqı danmaq və insanlara xor baxmaqdır”. (Muslim, 265).
Allahın "əl-Qaviyyu" adının mənası
əl-Qaviyyu sözü güclü, qüvvətli olan deməkdir. Allahın əl-Qaviyyu adı Qurani-Kərimdə doqquz dəfə zikr edilir. Uca Allah buyurur:
“Biz elçilərimizi aydın dəlillərlə göndərdik və onlarla birlikdə Kitab və tərəzi nazil etdik ki, insanlar ədalətli olsunlar. Biz özündə çox böyük qüvvə və insanlar üçün mənfəətlər olan dəmiri də endirdik ki, Allah, Onu görmədən Ona və elçilərinə kömək göstərənləri üzə çıxartsın. Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir” (əl-Hədid, 25).
Həmçinin buyurur:









