Məqalələr - İslamın əsasları

əl-Fatihə surəsinin izahı

    28.11.2016

əl-Fatihə (Kitabı açan) surəsinin təfsiri
1. Mərhəmətli və Rəhmli Allahın adı ilə!
2. Həmd olsun aləmlərin Rəbbi Allaha,
3. Mərhəmətli və Rəhmliyə,
4. Haqq-hesab gününün Hökmdarına!
5. Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.
6. Bizi doğru yola yönəlt –
7. nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların yoluna deyil!

Cənnətin ən aşağı dərəcəsindəki nemətlər

    04.02.2016

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Musa Rəbbindən: “Cənnət əhlindən ən aşağı mərtəbəyə sahib olan kimdir?”- deyə soruşdu. Allah buyurdu: “Cənnət əhli Cənnətə daxil olduqdan sonra bir kişi gələcək və ona: “Cənnətə daxil ol!”- deyiləcək. O da: “Ey Rəbb! Necə daxil olum ki, artıq insanlar daxil olub yerlərini tutmuş və alacaqlarını da almışlar”- deyə cavab verəcək. Ona: “Dünya hökmdar­larından birinin mül­kü qədər mülkünün olmasını istərdinmi?”- deyiləcək. O da: “İstərdim, ey Rəbb!”- deyə cavab verəcək.

Cümə namazına tələs!

    07.01.2016
cümə namazına tələs

Uca Allah buyurur: “Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir”. (əl-Cumuə, 9). Bu haqda Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir:
“Cümə namazını camaatla qılmaq hər bir müsəlmana vacibdir. Yalnız dörd qrup insan istisnadır: "Sahibi olan qul, qadın, uşaq və xəstə!” (Əbu Davud, 1067). "Cümə namazına getmək həddi-buluğa çatmış hər kəsə vacibdir". (ən-Nəsai, 3/ 89).

Allahın "ər-Rafiq" adının mənası

    31.10.2015

ər-Rafiq sözü mülayim olan, yumşaq davranan deməkdir. Allahın ər-Rafiq adı Pey­ğəm­bərin hədisində zikr edilir. Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Allah müla­yimdir və mülayimliyi sevir. Sərt­liyə görə vermədiyi­ni, mülayimliyə görə verir” (əl-Ədəbul-Mufrad, 472).

Allahın "əl-Cəvad" adının mənası

    24.10.2015

əl-Cəvad sözü çox comərd, əliaçıq olan deməkdir. Allahın əl-Cəvad adı Peyğəmbərin hədisində zikr edilir. Allahın elçisi – ona və ailəsinə Allahın salavatı və salamı olsun - demiş­dir: “Uca Allah səxavətlidir və səxavətli olanları sevir, comərd­dir və comərd olanları sevir. Həmçinin, üstün əxlaqı sevir, pis əxlaqı isə sevmir”. (Sahih əl-Cəmius-Sağir, 1800).

Allahın "əl-Qabid" və "əl-Basit" adlarının mənası

    04.10.2015

əl-Qabid sözü götürən, azaldan deməkdir. əl-Basit sözü isə əl-Qabid sözünün əksi olaraq genişləndirən, artıran deməkdir. Allahın əl-Qabid və əl-Basit adları Peyğəmbərin – ona və ailəsinə Allahın salavatı və salamı olsun - hədisində zikr edilir. Rəvayət edilir ki, Ənəs ibn Malik demişdir: “Allah Elçisinin dövründə Mədinə şəhərində malların bahalaşması baş verdi. İnsanlar dedilər: “Ey Allahın Elçisi, mallar bahalaşdı, bizim üçün qiymətləri təyin et!” Allah Elçisi buyurdu: “Həqiqətən, qiymətləri təyin edən, azaldan (əl-Qabid) və artıran (əl-Basit), ruzi verən Allahdır.

Pages