Məqalələr - İslamın əsasları

Allahın "əl-Əhəd" və "əl-Vahid" adlarının mənası

    13.04.2015

əl-Əhəd sözü tək olan, əl-Vahid sözü isə sayca bir olan deməkdir. Allahın əl-Əhəd adı Qurani-Kərimdə bir dəfə əl-İxlas surəsində zikr edilir. Uca Allah buyurur: “De: “O Allah Təkdir (əl-Əhəd)!” (əl-İxlas, 1).
Allahın əl-Vahid adı isə Qurani-Kərimdə iyirmi iki dəfə zikr edilir. Uca Allah buyurur: “Sizin məbudunuz Tək olan (Vahid) İlahdır. Ondan başqa məbud yoxdur, Mərhəmətlidir, Rəhmlidir” (əl-Bəqərə, 163).

Allahın "əl-Varis" adının mənası

    10.04.2015

əl-Varis sözü varis olan deməkdir. Allahın əl-Varis adı Qurani-Kərimdə üç dəfə cəm halında zikr edilir. Uca Allah buyurur:
“Şübhəsiz ki, Biz həm dirildir, həm də öldürürük və hər şeyə varis olan da (əl-Varisun) Bizik. Həqiqətən, sizdən əvvəl gəlib-gedənləri də bilirik, sonra kimlərin gələcəyini də bilirik. Həqiqətən, Rəbbin onları bir yerə toplayacaq. Çünki O, Müdrikdir, Biləndir” (əl-Hicr, 23-25).

Allahın "əl-Vəhhab" adının mənası

    01.04.2015

əl-Vəhhab sözü çox bəxş edən, hədiyyə verən deməkdir. Allahın əl-Vəhhab adı Qurani-Kərimdə üç dəfə zikr edilir. Uca Allah buyurur: 
Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən (əl-Vəhhab)(Ali İmran, 8).
Həmçinin buyurur:

Günəş haqqında

    07.03.2015

Uca Allah buyurur: “Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır” (əl-Əraf, 54).

“Günəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə ona mənzillər (səfhələr) müəyyən edən Odur. Allah bunları yalnız haqq naminə yaratmışdır. O, ayələri bilən adamlara belə izah edir” (Yunus, 5).

Allahın "ət-Tayyib" adının mənası

    02.03.2015

ət-Tayyib sözü xoş, yaxşı, pak olan deməkdir. ət-Tayyib olan Allah pakdır və pak olanı sevir. Allahın ət-Tayyib adı Peyğəmbərin hədisində zikr edilir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – demişdir: “Həqiqətən, Allah pakdır və (ona görə də) yalnız pak olanı qəbul edir. Allah öz elçilərinə əmr etdiyini möminlərə də əmr edərək belə buyurur: «Ey elçilər! Halal nemətlərdən yeyin və yaxşı işlər görün! Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm!» (əl-Muminun, 51). 

Allahın "əş-Şə'fi" adının mənası

    13.02.2015

əş-Şə’fi sözü şəfa verən deməkdir. Bəndələrinə şəfa verən yalnız Allahdır. Allahın əş-Şə’fi adı Peyğəmbərin hədisində zikr edilir. Aişə rəvayət edir ki, Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - xəstəni ziyarət etdikdə və ya onun ya­nı­na xəstə gətirildikdə onun üçün dua edib deyərdi: “Ey insanların Rəbbi, xəstəliyi aradan qaldır, şəfa ver, şəfa verən (əş-Şə’fi) Sənsən! Sənin verdi­yin şəfadan başqa şəfa yoxdur. Sənin verdiyin şəfadan sonra heç bir xəstəlik qalmır”. (əl-Buxari, 5675).

Pages