Məqalələr - İslamın əsasları

Cənnətlə müjdələnmiş səhabənin sirri

    27.08.2014

Ənəs rəvayət edir ki, biz Peyğəm­bər ilə - ona və ailəsinə Allahın salavatı və salamı olsun - bir­gə oturmuşduq. O dedi: “İndi buraya Cənnət əhlin­dən olan bir kişi gələcək”. Bu vaxt ənsardan biri içəri daxil oldu. Onun saqqalından dəstəmazın suyu da­mırdı, sol əlində də ayaqqabılarını tutmuşdu. Ertəsi gün Pey­ğəm­bər bir daha o sözləri dedi və yenə də həmin kişi içəri daxil oldu. Səhəri gün Peyğəm­bər bir daha o sözləri dedi və yenə də həmin kişi içəri daxil oldu.

Allahı yad edən məclisin fəziləti

    21.08.2014

Allah Elçisi - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Allahın yollarda dolaşıb Allahı yad edən insanları axtaran mələkləri vardır. Onlar Allahı yad edən bir camaat gördükləri zaman bir-birlərini çağırıb: “Axtardığınızın yanına gəlin!”- deyir­lər. Sonra onlar bu camaatı öz qanadları ilə dünya səmasına­dək əhatəyə alırlar. Elə həmin vaxt Rəbbi mələklərdən - hər şeyi onlardan daha yaxşı bildiyi halda - soruşur: “Qullarım nə deyir­lər?”

Cəhənnəm odunda birinci kimlər yanacaq?

    20.08.2014

Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: “Qiyamət günü üç sinif insan ilk sorğu-suala çəkilənlərdən olac­aqdır. Şəhid Allahın hüzuruna gətiriləcək və Allah ona bəxş etdiyi nemətlər haqqında xəbər verdikdən sonra deyəcək: “Bu nemətlərin müqabilində nə etmisən?”
O: “Sənin yolunda vuruşub şəhid olmuşam”- deyə cavab verə­cək.

"əl-Huməzə" surəsinin izahı

    20.08.2014

Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Hər bir qeybət edənin, tənə vuranın vay halına!
2. O kimsə ki, mal yığıb onu dönə-dönə sayır
3. və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır.
4. Xeyr! O, mütləq Hutaməyə atılacaqdır.
5. Sən haradan biləsən ki, Hutamə nədir?
6. Bu, Allahın qaladığı Oddur.
7. O Od ki, qalxıb ürəklərə çatacaq.
8. Həqiqətən, o Od onların üzərində qapanacaqdır.

"ət-Təkəsur" surəsinin izahı

    09.08.2014

Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki,
2. gömülməklə qəbirləri ziyarət etdiniz.
3. Yox-yox! Siz aqibətinizi hökmən biləcəksiniz!
4. Bir də yox! Siz aqibətinizi tezliklə biləcəksiniz!
5. Xeyr! Kaş ki, yəqin biləydiniz.
6. Siz Cəhənnəmi mütləq görəcəksiniz!
7. Onu həqiqətən öz gözünüzlə mütləq görəcəksiniz!

Allahın "əl-Həyy" və "əl-Qayyum" adlarının mənası

    08.08.2014

Uca Allahın əl-Həyy adı Qurani-Kərimdə dörd dəfə, əl-Qəyyum adı isə üç dəfə zikr edilir. Uca Allah buyurur: “Allah, Ondan başqa ibadə layiq olan məbud yoxdur, ədi Yaşayandır (əl-Həyy), bütün yaratdıqlarının Qəyyumudur (əl-Qayyum) (əl-Bəqərə, 255). 
əl-Həyy kamil həyata sahib olandır. O, əzəli və əbədi olan, həmişə var olub əbədi Yaşayandır. Ondan başqa hər kəs ölümə məhkumdur. Uca Allah buyurur:

Allahın "ər-Rahmən" və "ər-Rahim" adlarının mənası

    06.08.2014

ər-Rahmən (Mərhəmətli) və ər-Rahim (Rəhmli) sözlərinin hər ikisinin də mənası mərhəmətli deməkdir. Lakin ər-Rahmən ər-Rahimdən daha geniş mənaya sahibdir. Onun mərhəməti dünyada bütün məxluqatı əhatə edir, Axirətdə isə yalnız möminlərə məxsus ediləcək. Ona görə də “ər-Rahmən dünya və axirətdə Mərhəmət edən, ər-Rahim isə axirətdə Rəhm edəndir” deyilir. Uca Allahın ər-Rahmən adı Qurani-Kərimdə 57 dəfə, ər-Rahim adı isə 114 dəfə qeyd olunur.

Pages