Məqalələr - İslamın əsasları
Peyğəmbərin orucu
Orucluq – Allaha ibadət məqsədi ilə dan yeri söküləndən gün batana kimi onu batil edən (pozan) şeylərdən özünü qorumaqdır. Orucluq Uca Allahın Öz qullarına buyurduğu böyük ibadətlərdəndir. Əməlisaleh bəndə nəfsinə güc gələrək axirət yurduna, onun gözəl nemətlərinə can atır və o əbədi həyata özünü təmizləyərək hazırlayır. Sevinc hissi ilə aclığı və susuzluğu qarşılayır, ehtiyac içində olanların vəziyyətini hiss edir, nəfsini dünya ləzzətlərindən – yemək-içmək, eləcə də Allaha asi olmaqdan qoruyaraq şeytanın yollarını bağlayır.
Peyğəmbərin meracı
İsra gecə vaxtı səyahət etməyə deyilir. İsra Rəsulullahın bir gecədə Məkkədəki Məscidul-Həramdan Yerusəlimdəki Beytul-Məqdisə gedib həmin gecə də geri qayıtması nəzərdə tutulur. İsra Uca Allahın hicrətdən öncə Peyğəmbəri bir gecədə Məscidul-Həramdan Məscidul-Əqsaya Buraq adlı miniyin üzərində Cəbrailin müşayiəti ilə aparması sayəsində ona bəxş etdiyi böyük bir möcüzədir.
Cənnətdə ən aşağı mərtəbəyə kim sahib olacaq?
Allah Elçisi - sallallahu aleyhi və səlləm - demişdir: “Musa öz Rəbbindən soruşdu: “Cənnət əhlindən ən aşağı mərtəbəyə sahib olan kimdir?”
Allah buyurdu: “Cənnət əhli Cənnətə daxil olduqdan sonra bir kişi gələcək və ona: “Cənnətə daxil ol!”- deyiləcək.
O da: “Ey Rəbbim, necə daxil olum ki, artıq insanlar gəlib öz yerlərini tutmuş və alacaqlarını da almışlar”- deyə cavab verəcək.
Ona: “Dünya hökmdarlarından birinin mülkü qədər mülkə sahib olmağa razısan?”- deyiləcək.
O da: “Razıyam, ey Rəbbim!”- deyə cavab verəcək.
Cənnətə ən axırıncı kim daxil olacaq?
Qiyamət günü Uca Allah öz bəndələri arasında hökm verdikdən sonra bəzi insanları günahkar olduqlarına görə Cəhənnəmə göndərəcək. Onlar orada bir müddət əzab gördükdən sonra Cənnətə gətiriləcəklər. Peyğəmbər salləllahu aleyhi və səlləm həmin insanların ən axırıncısı haqda belə demişdir: “Mən Cəhənnəmdən ən axırıncı çıxanı və Cənnətə ən axırıncı daxil olanın kim olacağını bilirəm. O kişi Cəhənnəmdən sürünərək çıxacaq və Uca Allah ona buyuracaq: “Get, Cənnətə gir!”
De!
Bir işə başlayanda “Bismilləh” (Allahın adı ilə başlayıram) de!
Təəccübləndikdə “SubhənAllah” (Allah pak və müqəddəsdir) de!
Xoş gündə də, dar gündə də “Əlhəmdu lilləh” (Allaha həmd-səna olsun) de!
Qorxuya düşdükdə “Lə iləhə illallah” (Allahdan başqa həqiqi tanrı yoxdur) de!
Bir şey sənə üstün gələndə “Allahu əkbər” (Allah ən böyükdür) de!
Bir şeyə gücün çatmayanda “Lə həulə və lə quvvətə illə billəh” (Güc və qüvvət yalnız Allahdadır) de!
Başına xoşa gələn və xoşa gəlməyən bir şey gəldikdə “MəşəAllah” (Allahın istədiyi oldu) de!