Məqalələr - İslamın əsasları
Hər zaman bar verən ağac
Uca Allah buyurur: “Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz (lə ilahə illəllah) kökü yerdə möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. O ağac Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar”. (İbrahim, 24-25).
Sirat körpüsü nədir?
Sirat sözü aydın yol deməkdir. Sirat Qiyamət günü Cəhənnəmin üzərində qurulacaq körpüdür ki, əvvəlincilərdən axırıncılaradək bütün insanlar onun üzərindən keçəcəklər. Həmçinin, məhşərdəki cənnətliklər onun üzərindən keçib Cənnətə daxil olacaqlar. Quranda və səhih hədislərdə bu körpünün həqiqət olduğuna dair çoxlu dəlillər vardır. Uca Allah buyurur:
Tərəzi haqqında
Axirətə iman gətirməklə bağlı digər bir məsələ də Qiyamət günü tərəzinin qoyulacağına iman gətirməkdir. Burada bir dili və iki gözü olan həqiqi tərəzi nəzərdə tutulur. Həmin tərəzidə insanların əməlləri çəkiləcək, zərrə qədər yaxşı və pis işləri hesaba alınacaqdı. Uca Allah buyurur:
“Biz qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir” (əl-Ənbiya, 47).
Şirk nədir?
Şirk sözü şəriklik, ortaqlıq deməkdir. Şirk ibadətin hər hansı bir növünü Allahla yanaşı başqasına həsr etməkdir. Görürsən ki, insanların çoxu Allahla yanaşı daşa, günəşə, aya, Peyğəmbərə, qəbirlərə, ulduza və başqa şeylərə ibadət edirlər. Uca Allah buyurur: "Onların çoxu ancaq şərik qoşaraq Allaha inanırlar". (Yusuf, 106).
Mələklərin vəzifələri
Mələklər Uca Allahın əsgərləridirlər. Allah onlara mühüm işlər, böyük vəzifələr tapşırmış və bunları kamil şəkildə yerinə yetirə bilmələri üçün onlara qüdrət vermişdir. Bu vəzifələr müxtəlif qismlərə bölünür:
Mələklərdən eləsi vardır ki, ona dağlar tapşırılıb. Dağlar mələyi barədə peyğəmbərliyin əvvəlində Peyğəmbərimizin Taif şəhərinə gedərək taifliləri dəvət etdiyi, onların da onu qəbul etmədikləri barədə hədisdə danışılır. Həmin hədisdə Peyğəmbər - sallallahu aleyhi və səlləm - belə demişdir:
Can alan və sorğu-sual edən mələklər
Mələklərdən eləsi də vardır ki, ona can almaq tapşırılıb. Bu, Ölüm mələyidir. Uca Allah buyurur:
“De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!” (əs-Səcdə, 11).
Ölüm mələyinin köməkçiləri olan mələklər də vardır. Onlar insana etdikləri əmələ müvafiq olaraq görünürlər. Əgər yaxşı əməl sahibi olmuşsa, onlar ona gözəl simada, pis əməl sahibi olmuşsa, qorxunc bir simada görünürlər. Uca Allah buyurur:
Ən böyük günah hansıdır?
Hər bir müsəlman böyük günahları bilməlidir ki, onlardan çəkinə bilsin. Yoxsa, özü də bilmədən böyük bir günaha batır, hətta bəziləri küfrə yol verir və bu əməlin ona savab qazandıracağını güman edir. Rəvayət edilir ki, bir gün Rəsulullah səhabələrindən: “Sizə günahların ən böyüyü barədə xəbər verimmi?” – deyə soruşdu. Səhabələr: “Bəli, ya Rəsulallah!”– deyə cavab verdilər. Rəsulullah dedi: “Allaha şərik qoşmaq və valideynlərin üzünə ağ olmaqdır”– dedi. Bunu deyəndə o dirsəklənmişdi; sonra qalxıb oturdu və: “yalandan şahidlik etmək və ya yalan söz danışmaqdır” – dedi.
Yerdə cızılan dördbucaq
Rəvayət edilir ki, Abdullah ibn Məsud demişdir: “Bir dəfə Peyğəmbər ona və ailəsinə Allahın salavatı və salamı olsun - yerdə dördbucaq cızdı. Sonra onun ortasından xaricinə düz bir xətt çəkdi. Daha sonra dördbucağın içindəki həmin düz xəttə kimi qısa-qısa xətlər cızdı. Bundan sonra belə buyurdu:
“Bu, insandır; bu, onu əhatəsinə almış əcəli, bu çölə çıxan xətt onun arzuları, bu qısa xətlər isə qədərinə yazılmış müsibətlərdir. Əgər bu onu haqlamasa, o biri onu yaxalayar, o biri onu haqlamasa, bu biri onu yaxalayar.” (əl-Buxari, 6417)









