Məqalələr - İslamın əsasları

Tubə olsun!

    25.01.2014

Tubə nədir?

Tubə ifadəsi Quranın bu ayəsinə bənzəyir. Uca Allah buyurur: “İman gətirib saleh əməl­lər edən­lər üçün xoş güzəran (tubə) və gö­zəl qayı­dış yeri hazırlan­mışdır” (ər-Rəd, 29).

Qədəri bəhanə gətirənlərə cavab

    25.01.2014

Uca Allah hər şeyi bilməsi və hər şeyin qədərini qabaqcadan yazması ilə birlikdə əmr və qadağaların tətbiqini bəndənin ixtiyarına buraxmışdır. Əgər bəndənin bu məsələdə seçmək hüququ və gücü olmasaydı, bu onun üçün yerinə yetirə bilməyəcəyi bir vəzifə olardı ki, bu da Uca Allahın hikmətinə, rəhmətinə və aşağıdakı ayədə xəbər verdiyi doğru sözünə uyğun gəlməzdi: "Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər". (əl-Bəqərə 286).

Qəbir əzabı haqqında

    21.01.2014

Rəvayət edilir ki, Səmura ibn Cundəb demişdir: “Peyğəmbər (çox vaxt sübh) namazını qıldıqdan sonra üzünü bizə tərəf çevirib: “Sizlərdən kim bu gecə yuxu görüb?”– deyə soruşardı. Yuxu görən adam öz yuxusunu danışar, o da ona: “Allahın istədiyi oldu!”– deyərdi. Bir gün yenə soruşdu: “Siz­lərdən bu gecə yuxu görən olubmu?” Biz: “Xeyr!”– deyə cavab verdik. Dedi: “Mən isə bu gecə yuxuda iki nəfər gördüm. Onlar mənim yanıma gəldilər və əlimdən tutub müqəddəs torpağa apar­dılar. Bir də gördüm ki, bir nəfər yerdə oturub, başqa birisi də əlində dəmir qarmaq (onun başı üstündə) dayanıb.

Musa ilə ölüm mələyinin qarşılaşması

    20.01.2014

Rəvayət edilir ki, Əbu Hureyra demişdir: “Ölüm mələyi Musanın yanı­na gön­dərildi. Mələk Musanın yanına gəldikdə Musa onu vurdu və onun gözü çıxdı. Mələk Rəbbinin yanına qayıdıb dedi: “Sən məni ölmək istəməyən bir bəndənin yanına göndərdin.” Allah onun gözünü yerinə qaytardı və buyurdu: “Qa­yıt və ona de ki: “Əlini öküzün belinə qoysun. Əlinə gələn tüklərin sayı qədər – hər bir tükün müqa­bilində bir il ömrü artacaq.”
Musa dedi: “Ey Rəbbim! Son­ra nə olacaq?”
Allah buyurdu: “Sonra öləcəksən!”

Beləcə Adəm Musaya qalib gəldi

    20.01.2014

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Adəm ilə Musa Rəblərinin dərgahında bir-biri ilə mübahisə etdilər və Adəm Musaya qalib gəldi. Musa dedi: "Sən Allahın Öz əli ilə yaratdığı, sənə Öz ruhundan üfürdüyü, mələklərini sənin üçün səcdə etdirdiyi, Öz Cənnətində yerləşdirdiyi, sonra etdiyin xəta ucbatından insanları yerə endirdiyi Adəm deyilsənmi?" Adəm dedi: "Sən Allahın kəlamını insanlara çatdırmaq üçün seçdiyi elçisi, sənə içərisində hər bir şeyi izah edən lövhələri verdiyi və səninlə danışıb səni özünə yaxın etdiyi Musa deyilsənmi?

Qədərə iman

    19.01.2014

Ərəb dilində qədər sözü miqdar, ölçü, həmçinin təqdir edilən mənasını ifadə edir. Uca Allah öz əzəli elmi ilə hər şeyin ölçüsünü təqdir etmişdir.
Uca Allah buyurur: "Şübhəsiz ki, biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər ilə) yaratdıq". (əl-Qamər 49).  

Hüceyrədəki möcüzə

    09.01.2014

Heyvanların və bitkilərin əksəriyyəti çoxlu sayda kiçik hissəciklərdən ibarətdir. Biz bu hissəcikləri hüceyrə adlandırırıq. Bizim və başqa canlıların orqanizmlərin hüceyrələri daima bölünür. Bu bölünmə prosesi orqanizmə hüceyrələrin inkişaf etməsinə və bərpa olunmasına xidmət edir. Hüceyrənin quruluşunun əsasını protoplazma adlanan maddə təşkil edir. Hər bir hüceyrənin daxilində müəyyən funksiyaları yerinə yetirən kiçik hissəciklər vardır. Onların arasında irsi məlumat daşıyan, xromosom adlanan kiçik elementlər vardır.

Kim Onun adlarını sayarsa, Cənnətə girər

    07.01.2014

İman gətirmədən əməl etmək və dəlil-sübutsuz iman gətirmək düzgün sayılmaz. Dəlil-sübutsuz iman gətirənin misalı zülmət qaranlıqda əlində çıraq tutaraq yol gedən və az müddətdən sonra çırağı sönən kimsənin misalına bənzəyir. Allah insana şüur verərək onu bütün məxluqlardan üstün etmişdir. İnsan şüur vasitəsilə kainatın sirlərini öyrənir, kainatı idarə edəni, onun sahibini tanımağa, eləcə də Ona iman gətirməyə müvəffəq olur. Allahı tanımaq biliklərin ən üstünüdür.

Əgər insan bir az düşünsə...

    07.01.2014

Əgər insan bir az düşünsə, onu yaradan, ona qabiliyyətlər bəxş edən qüvvənin Uca Allah olduğunu anlayar. İnsanın ən ümdə vəzifəsi öz Yaradanını tanımaqdır. Yaradanı tanımadan Ona iman gətirmək mümkün deyildir. Düzgün iman əldə etməyə can atan hər bir kəs elmə yiyələnməlidir. Əgər biz kainatda olan varlıqlar; günəş, ay, planet, ulduz, gecə, gündüz, külək, yağış, insan, heyvan və bitkilər haqqında fikirləşsək, şübhə etmədən bu varlıqların hamısının bir Yaradanı olması nəticəsinə gələrik. Yaradılışda olan hər bir ünsür yaradanın qabiliyyətinə işarə edir.

Pages