Məqalələr - İslamın əsasları
Cənnəti zəmanət altına alan altı əməl
Hər kəsə məlumdur ki, zəmanət insanların həyatında böyük əhəmiyyətə malikdir və ticarət münasibətlərində xüsusi yer tutur. Zəmanət verilmiş mallar insanlar arasında, həmişə digər mallardan daha etibarlı sayılır və zəmanətsiz mallarla müqayisədə daha yüksək qiymətləndirilir. Bu, insanların təminatlı şeylərə olan marağının və diqqətinin nə qədər böyük olduğunu göstərir. Əgər zəmanət verən şəxs dürüst və etibarlı, sadiq və vicdanlıdırsa, insanların bu zəmanətə etibarı daha da artır.
Ramazanda edilən ibadətlərin qəbul olmasını bildirən əlamət
Möhtərəm müsəlmanlar, az öncə xeyir və bərəkət ayı olan Ramazan ayında idik. Gündüzünü oruc tutur, gecəsini isə namazla keçirirdik. Allaha müxtəlif ibadətlərlə yaxınlaşmağa çalışırdıq. Artıq bu mübarək mövsüm başa çatdı. Bundan bizə qalan isə yalnız saleh əməllər oldu. İnsanın bütün ömrü belə keçir, hər ötən saat, gün, ay ömrümüzü qısaldır və bizi Axirətə yaxınlaşdırır. Axirətdə bizə fayda verən isə yalnız saleh əməllərimiz olacaq.
Mübarək Ramazan ayını necə qarşılayaq?
Möhtərəm müsəlmanlar, hal-hazırda Şaban ayının son günlərindəyik. Qarşıdan mübarək Ramazan ayı gəlir. Uca Allah Ramazan ayını digər aylardan üstün etmişdir. Uca Allahın fəzlilətli ayları, günləri və yerləri bildirməsi qullarına olan rəhməti və lütfüdür. Bunda olan hikmət isə bu zamanlarda və məkanlarda savabların artırılmasıdır. Ramazan ayında Qurani Kərimin nazil olması və İslamın ərkanlarından biri olan oruc ibadətinin məhz bu ayda yerinə yetirilməsi onun fəzilətinə kifayət edir.
Cənnətdə elə otaqlar var ki...
Bir dəfə Peyğəmbərimiz ﷺ səhabələrə xitab edərək buyurdu: “Cənnətdə elə otaqlar var ki, içi çöldən, çölü də içindən görünür”. Bir bədəvi ərəb soruşdu:
— Ey Allahın Elçisi, bu otaqlar kimə məxsusdur?
Peyğəmbər ﷺ buyurdu: “Xoş söz danışan, yemək yedirdən, davamlı oruc tutan və gecələr insanlar yatarkən namaz qılanlara”. (ət-Tirmizi, 1984).
Ramazan ayının orucu
Ramazan ayının orucu Quran ayələrinin və Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hədislərinin açıq-aydın mətnlərinə əsasən fərzdir (vacibdir). Uca Allah buyurur: "Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz". (əl-Bəqərə, 183).
Harada olursansa ol, Allahdan qorx!
Bu məqalədə Peyğəmbərin ﷺ məzmunu qısa, lakin mənası dərin olan hədislərindən biri barədə danışacağıq. Əbu Zərr (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ mənə dedi: “Harada olursansa ol, Allahdan qorx! Günahın ardınca yaxşı əməl et ki, günahı silib aparsın və insanlarla gözəl əxlaqla rəftar et”. (ət-Tirmizi, 1987).









