Məqalələr - İslamın əsasları

Adəmin yaradılması

    29.01.2014

Uca Allah yer üzərində yalnız Ona ibadət edəcək şüurlu bir varlıq yaratmaq istəyərkən mələklərinə xitab edərək belə demişdir:
“Sənin Rəbbin mələklərə: "Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!"– dedikdə, - 
Uca Allah Adəmi və onun zürriyyətini yaratması haqda öyünmək üçün əvvəlcədən onlara xəbər verir. Mələklər isə bu yaradılışın hikmətini bilmək üçün: 
onlar: "Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?"– söylədilər.

Qiyamət qopacağı zaman

    29.01.2014

Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Amalı eyni olan iki böyük ordu bir-birilə vuruşmayınca qiyamət qopmayacaq. Onların arasında bö­­yük bir döyüş olacaqdır. Nəhayət, otuza yaxın yalançı dəccal meydana çı­xa­caq və onlar­dan hər biri Allahın rəsulu olduğunu iddia edəcəkdir. Habelə, (alimlərin vəfat etməsi ilə dini) elm ara­dan qaldırılmayınca, zəlzələlər çoxalmayınca, zaman yaxınlaşma­yınca (bərəkəti azalmayınca), fitnələr baş qaldırmayın­ca, hərc – yəni qətl hadisələri artmayınca, əli­nizdə olan var-dövlət art­mayınca qiya­mət qopmayacaq.

Axirət həyatında ölüm varmı?

    29.01.2014

Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - "Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! İndi onlar hələ qəflətdədirlər və iman gətirmirlər" (Məryəm, 39) ayəsi haqqında belə demişdir:
"Qiya­mət gü­nü ölüm ağlı-qaralı, buynuzlu qoç şəklində gətiriləcək.
Sonra carçı: “Ey Cən­nət əhli!”– deyə çağıracaq. Cən­nət əhli başlarını qaldırıb ona tərəf ba­xa­caq­lar.
Carçı: “Bunu tanı­yırsınızmı?”– deyə soru­şacaq.
Onlar: “Bəli, bu ölüm­dür!”– deyə cavab verəcək­lər. Çünki onların hamısı ölümü görmüşdülər.

Mələklər haqqında

    27.01.2014

Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – İslamın və imanın əsaslarına dair məşhur hədisdə Cəbrailin: “Mənə iman haqqında xəbər ver!” – buyruğuna belə cavab vermişdir: “(İman) Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə, Axirət gününə, qədərin xeyrinə və şərinə qəti inanmaqdır.” Müsəlman bu altı əsasa iman gətirmədikcə, həqiqi mömin ola bilməz. Mələklərə iman bu əsaslardan biri hesab olunur. Uca Allah buyurur:

Tubə olsun!

    25.01.2014

Tubə nədir?

Tubə ifadəsi Quranın bu ayəsinə bənzəyir. Uca Allah buyurur: “İman gətirib saleh əməl­lər edən­lər üçün xoş güzəran (tubə) və gö­zəl qayı­dış yeri hazırlan­mışdır” (ər-Rəd, 29).

Qədəri bəhanə gətirənlərə cavab

    25.01.2014

Uca Allah hər şeyi bilməsi və hər şeyin qədərini qabaqcadan yazması ilə birlikdə əmr və qadağaların tətbiqini bəndənin ixtiyarına buraxmışdır. Əgər bəndənin bu məsələdə seçmək hüququ və gücü olmasaydı, bu onun üçün yerinə yetirə bilməyəcəyi bir vəzifə olardı ki, bu da Uca Allahın hikmətinə, rəhmətinə və aşağıdakı ayədə xəbər verdiyi doğru sözünə uyğun gəlməzdi: "Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər". (əl-Bəqərə 286).

Qəbir əzabı haqqında

    21.01.2014

Rəvayət edilir ki, Səmura ibn Cundəb demişdir: “Peyğəmbər (çox vaxt sübh) namazını qıldıqdan sonra üzünü bizə tərəf çevirib: “Sizlərdən kim bu gecə yuxu görüb?”– deyə soruşardı. Yuxu görən adam öz yuxusunu danışar, o da ona: “Allahın istədiyi oldu!”– deyərdi. Bir gün yenə soruşdu: “Siz­lərdən bu gecə yuxu görən olubmu?” Biz: “Xeyr!”– deyə cavab verdik. Dedi: “Mən isə bu gecə yuxuda iki nəfər gördüm. Onlar mənim yanıma gəldilər və əlimdən tutub müqəddəs torpağa apar­dılar. Bir də gördüm ki, bir nəfər yerdə oturub, başqa birisi də əlində dəmir qarmaq (onun başı üstündə) dayanıb.

Musa ilə ölüm mələyinin qarşılaşması

    20.01.2014

Rəvayət edilir ki, Əbu Hureyra demişdir: “Ölüm mələyi Musanın yanı­na gön­dərildi. Mələk Musanın yanına gəldikdə Musa onu vurdu və onun gözü çıxdı. Mələk Rəbbinin yanına qayıdıb dedi: “Sən məni ölmək istəməyən bir bəndənin yanına göndərdin.” Allah onun gözünü yerinə qaytardı və buyurdu: “Qa­yıt və ona de ki: “Əlini öküzün belinə qoysun. Əlinə gələn tüklərin sayı qədər – hər bir tükün müqa­bilində bir il ömrü artacaq.”
Musa dedi: “Ey Rəbbim! Son­ra nə olacaq?”
Allah buyurdu: “Sonra öləcəksən!”

Beləcə Adəm Musaya qalib gəldi

    20.01.2014

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Adəm ilə Musa Rəblərinin dərgahında bir-biri ilə mübahisə etdilər və Adəm Musaya qalib gəldi. Musa dedi: "Sən Allahın Öz əli ilə yaratdığı, sənə Öz ruhundan üfürdüyü, mələklərini sənin üçün səcdə etdirdiyi, Öz Cənnətində yerləşdirdiyi, sonra etdiyin xəta ucbatından insanları yerə endirdiyi Adəm deyilsənmi?" Adəm dedi: "Sən Allahın kəlamını insanlara çatdırmaq üçün seçdiyi elçisi, sənə içərisində hər bir şeyi izah edən lövhələri verdiyi və səninlə danışıb səni özünə yaxın etdiyi Musa deyilsənmi?

Pages