Məqalələr - İslamın əsasları

De!

    27.04.2014

Bir işə başlayanda “Bismilləh” (Allahın adı ilə başlayıram) de!
Təəccübləndikdə “SubhənAllah” (Allah pak və müqəddəsdir) de!
Xoş gündə də, dar gündə də “Əlhəmdu lilləh” (Allaha həmd-səna olsun) de!
Qorxuya düşdükdə “Lə iləhə illallah” (Allahdan başqa həqiqi tanrı yoxdur) de!
Bir şey sənə üstün gələndə “Allahu əkbər” (Allah ən böyükdür) de!
Bir şeyə gücün çatmayanda “Lə həulə və lə quvvətə illə billəh” (Güc və qüvvət yalnız Allahdadır) de!
Başına xoşa gələn və xoşa gəlməyən bir şey gəldikdə “MəşəAllah” (Allahın istədiyi oldu) de!

Odur!

    16.04.2014

“Gecəni rahatlanmanız üçün yaradan, gündüzü də ruzi qazanmanız üçün işıqlı edən Odur. Həqiqətən, bunda eşidən adamlar üçün dəlillər vardır” (Yunus, 67).
 
“Göydən suyu endirən Odur. Bu, həm sizin içməyiniz, həm də içində mal-qaranızı otardığınız otların bitməsi üçündür” (ən-Nəhl, 10).
 

Bidət nədir?

    14.04.2014

Bidət sözünün hərfi mənası öncə edilməyən bir şeyi ixtira etmək, icad etmək deməkdir.
Bidət dinə gətirilən yeniliklərə deyilir.
Bidətlər əməllərin qəbul olunmamasının və müsəlmanların parçalanmasının başlıca səbəbidir.
Bidət edən həm özü günah qazanır, həm də onun bidətinə əməl edənin günahını daşıyır.
Bidət edən dini və onun əsaslarını dəyişdirir.
Dində bidətlərə yol vermək böyük günahdır.

Ölümdən sonra dirilmə necə olacaq?

    14.04.2014

      Qiyamət günü Uca Allah çürümüş cəsədləri yenidən dirildib əvvəlki halına salacaq və ruhları bədənlərə qaytaracaqdır. Daha sonra isə haqq-hesaba çəkilsinlər deyə onları məhşərə aparacaqdır. Uca Allah buyurur: “O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?” De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir” (Ya sin, 78-79).

Ulduz falına inanmaq küfrdür

    06.04.2014

      Münəccimlik və ya ulduz falı göydə baş verən hadisələrin yerdə olacaq məsələlər ilə əlaqələndirilməsinə deyilir. Rəvayət edilir ki, Zeyd ibn Xalid əl-Cuhəni (Allah ondan razı olsun) belə demişdir: "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Hudeybiyədə gecə ikən yağmış yağışdan sonra bizə sübh namazını qıldırdı və nama­zı bitirdikdən sonra üzünü camaata çevirib soruşdu: "Bilirsinizmi, Rəbbiniz nə buyurdu?" Əshabələr (Allah onlardan razı olsun): "Allah və Onun elçisi daha yaxşı bilir" - dedilər.

Dəccaldan qorunmağın yolları

    06.04.2014

      Məsihi Dəccal Adəm övladından olan bir kişidir. Qiyamətə yaxın vaxtda çıxacaq və insanların çoxu onun fitnəsinə uyacaqdır. O bir sıra fövqəladə əməllər edəcək və Allahlıq iddiasında olacaq, lakin onun etdikləri möminlərə təsir etməyəcək. Məkkə ilə Mədinədən savayı hər yerə gedəcək, onun cənnəti və cəhənnəmi olacaq, lakin onun cənnəti cəhənnəm, cəhənnəmi isə cənnət olacaq. Abdullah ibn Ömər demişdir: 

Pages