Allahın "Zul-Cələli vəl-İkram" adının mənası
Zul-Cələli vəl-İkram kəlməsi əzəmət, ucalıq və səxavət sahibi deməkdir. Allahın Zul-Cələli vəl-İkram adı Qurani-Kərimdə iki dəfə zikr edilir. Uca Allah buyurur:
“Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir” (ər-Rahmən 27).
“Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər mübarəkdir” (ər-Rahmən, 78).