Küsuf namazı necə qılınır?
Kusuf (və ya Xusuf) namazı günəş və ay tutulduğu zaman qılınan iki rükətli səsli namazdır. Rəvayət edilir ki, Muğira ibn Şu'bə (Allah ondan razı olsun) belə demişdir: "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) zamanında oğlu İbrahim vəfat etdiyi gün günəş tutuldu və insanlar: "Günəş İbrahimin ölümünə görə tutulmuşdur" - dedilər. Belə olduqda, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Günəş və ay kimsənin nə ölümünə görə, nə də dünyaya gəldiyinə görə tutulur.









