Xristian dinində açıq-saçıq geyinmək günah deyil?
Sual:
salam aleykum.Bilirik ki,İslam dinində aciq saciq geyinmək günahdir.Bəs xristian dinində necə?Günah deyil?Əvvəlcədən cox sagolun.
Cavab:
Və aleykum Salam. Şəriətimizdə bir çox halal və haram buyurulan məsələlər əvvəlki peyğəmbərlərə göndərilən şəriətlərdə də bəzi fərqli cəhətlər istisna olmaqla öz əksini tapmışdır. Məsələn, donuz əti yemək, içki içmək, zina etmək, oğurluq etmək, qadınların açıq-saçıq geyinməsinin qadağan olunmasına aid də dəlillər var, lakin xristian dini İsa peyğəmbərin (Allahın ona salamı olsun) gətirdiyi dinin insanlar tərəfindən sonradan dəyişdirilməsi nəticəsində yarandığı üçün oradakı hökmlərə etimad edilmir. Həmçinin oxuyun:
İslam - tək haqq dindir
Xristianlar niyə kafirdir?
Tövrat və İncil təhrif olunmuşdur