Keçmişdə homoseksualla dostluq etdiyim üçün məni rüsvay edəcəyindən qorxuram...

    22.06.2017
Kimdən: 
Allahin qulu
Sual: 
Salam butun Namaz ehline men vaxtinda bir Gey ile 1 ay dostluq etmisem ancaq bizimki cinsel dostluq olmayib .Telefonla kisi ile yazisan biri olub meni de ozune benzetmek istedi Sonra o cixdi getdi basqa sehere artiq 4 ildi . Men o cixib gedenden beri Hec vaxt Allaha agir gedecek hec bir gunah etmedim.Pesmanam .Indi de cox qorxuram .duzdu o insan utancinnan 4 ildi yoxdu .Meni amma ozu kimi gey bilir ancaq men gey deyilem . buralara qayidanda qorxuram meni biabir ede vesvesedi bu .Ancaq ureyim ele pis olur ki ozumu oldurmek isteyirem . 4 ildi yox olan insan 1 heftelik bir sohbeti yadinda saxlaya biler? .Menim ucun dua edin men depresiyyadan olurem ureyim dayanacaq kimi hiss edirem
Cavab: 
Və aleykum Salam. Homoseksuallıq peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) lənətlədiyi ən böyük günahlardandır. Siz bu əməli etməsəniz də, günahdan qorunmaq üçün bu cür insanlardan uzaqlaşaraq, əxlaqlı, saleh əməllər edən dostlar tapmalısınız. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kişi (insan) dostunun dinindərir. Elə isə hər kəs baxıb görsün kiminlə dostluq edir". (Əbu Dəvud, 4833; ət-Tirmizi, 2378; "Sahih əl-Cami", 3545). "Yaxşı dostla pis dostun məsəli, ətir satanla, körük vuranın məsəlinə bənzəyir. Ətir satanın yanında olsan, ondan ətir almasan belə ətrin iyindən ləzzət alacaqsan. Amma körük vuranın yanında olsan, paltarını yandırmasa da tüstüsündən əziyyət çəkəcəksən". (əl-Buxari, 2101).
Həmin insanın sizi biabır edəcəyini düşünmək isə şeytanın vəsvəsəsidir, buna əhəmiyyət verməyin. Allaha çoxlu dua edərək, başda namaz olmaqla çoxlu xeyirli əməllər edin ki, həm Allahın razılığını qazanasınız, həm də sizə atılan böhtana heç kim inanmasın. Peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) qüdsi hədislərin birində xəbər verir ki, Uca Allah belə buyurur: "Qulum mənə nafilə ibadətlərlə durmadan yaxınlaşar. Nəhayət, mən onu sevərəm. Qulumu sevdiyim zaman da mən onun eşidən qulağı, görən gözü, tutan əli və yürüyən ayağı olaram. Məndən nə istəsə onu mütləq verərəm, mənə sığınsa onu qoruyaram". (əl-Buxari, 6502). Uca Allah buyurur: "İman gətirib yaxşı işlər görənlər üçün Mərhəmətli Allah qəlblərdə bir sevgi yaradacaq". (Məryəm, 96). Həmçinin oxuyun:
Homoseksuallıq günahı və onu necə unutmaq barədə 
Ürəyinizin sıxılmaması üçün isə Allahı çox zikr edin. Uca Allah buyurur: "...Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır". (ər-Ra'd, 28). Habelə Quran oxuyun və dinləyin, həmçinin burada yazılanları edin: Cadudan necə qorunmaq olar?
Paylaş: