İçki içən və namazı tərk edən adamı bu günahlardan necə çəkindirmək olar?

    20.10.2017
Kimdən: 
xeyale
Sual: 
Salam aleykm yoldawm evveler namaz qilardi indi namazda qilmir piyvede icmeye bawlayb onu bu emelerden nece uzaqlawdra bilerm?muselman bir qadinin muwrik kiwiyle evliliyi olarmi ?twkurleer
Cavab: 
Və aleykum Salam. Ümumən müsəlman qadının müşrik kişiyə ərə getməsi qadağandır, lakin müşrik dedikdə ərinizi nəzərdə tutursunuzsa, onun namazı tərk etməsi, içki içməsi və digər böyük günahlar etməsi müşrik olması demək deyil. Siz onu səbrlə haqqa dəvət etməyə, günahlardan çəkinməyə və Allahdan qorxmağa çağırmalı və bunun üçün Allaha çoxlu dua etməlisiniz. İmkan daxilində sözünü eşidib dinlədiyi mötəbər insanlar da ona bu barədə nəsihət etsinlər. Uca Allah buyurur: "Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə (heç vaxt) asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır". (ət-Təhrim, 6). Daha ətraflı: 
Ərimi içki içməkdən necə çəkindirim?
Paylaş: