Namaz qılmadığı halda yaxşı əməllər edəni Cəhənnəmdə əzab gözləyirmi?

    11.11.2017
Kimdən: 
Hikmət
Sual: 
Namaz qilmayan sexs,pis emellerden cekinerse, ve hemise oruc tutarsa,hemin sexsi o dunyada cehennem ezabi gozleyirmi? Qeyd edim ki, hemin sexs hemise namaz qilmaga sey gostermis amma nesib olmamisdir.
Cavab: 
Va aleykum Salam. Namaz qılmamaq böyük günah və insanın Cəhənnəmə düşməsinə səbəbdir. Uca Allah buyurur: "Hər bir kəs qazandığının girovuna çevrilir, sağ tərəf sahiblərindən başqa. Onlar Cənnət bağlarında bir-birlərindən soruşacaqlar – günahkarlar barəsində. Sizi Səqərə salan nədir? Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik...". (əl-Muddəsir, 38-43). 
Namaz qılmaq hər bir müsəlmana vacibdir. İnsan nə qədər yaxşı əməllər etsə də, namaz qılmadığına görə böyük günah qazanır və Qiyamət günü namaz barəsində sorğu-sual olunacaq. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: