Ərimlə barışmayacağıma tövbə etmişəm, bu tövbəni poza bilərəmmi?

    09.02.2018
Sual: 
Salam. Həyat yoldaşım məni aldadıb. Mən də onunla ailə münasibətlərimi qırmağa görə tövbə etdim. Sonradan həyat yoldaşım səhfini etiraf etdi məni bağışla dedi. İndi mən tövbəmi pozub onunla ailə münasibətlərimi bərpa etsəm günahdırmı?
Cavab: 
Va aleykum Salam. Tövbə günahlara görə edilir. Çox güman ki, ərinizin sizi aldatmasına görə siz onunla bir daha münasibət qurmamağınıza dair and içmək qismində tövbə etmisiniz. Belə olan halda da and kəffarəsi verdikdən sonra sizin yenidən ərinizlə münasibət qurmanızda bir maneə yoxdur. Daha ətraflı:
Paylaş: