Quran olan evə cadu və şeytan təsir edə bilirmi?

    09.03.2018
Sual: 
Salamönceliklebele gözel melumatlara göre teşekür edirəm mənim sualım belədi :mənə caduolun 3dəfə baxıcı deyib 1dəfə özüm baxdırmşam 2dəfə bir başqasi və bəxtimin bağladıqlarını deyiblər ən əsasda işlərim yolunda getməməsi üçün ələrinən gələni edilər və sölü torpaqında basdırıblar belə belə sözdər deyilər bunuda qeyd edimki Bizdə ailədə hərkəs Namaz Qılandı atam məşədi Quran kitabımlz əlinən düşməz anam mömünə xanım sadəcə mən Namaz qılmıram evimizdə Quran kitabları dualar asilb divardan ,evimizdə tapdiq cadu sadəcə mən bilmək istərdimkiEşitdiyimə görə Quran olan evə Cadu şeytan qirməz təsir etməz mən cadudan necə təmizlənə bilərəm istəmirəm günah edib falçılara pul töküm öncədən təşəkkür
Cavab: 
Va aleykum Salam. Dinimiz falçıların və cadugərlərin yanına getməyin və onların dediklərinə inanmağın küfr olduğunu bəyan etmişdir. Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: "Kim bir falçı və ya kahinin yanına gedib onun söylədiklərini təsdiq edərsə, Muhəmmədə nazil ediləni inkar etmiş olar. Kim də yanına gedib, amma onun söylədiklərini təsdiq etməzsə, qırx gün namazı qəbul edilməz". (əl-Heysəmi, 5/117). Bunu edən adam yubanmadan tövbə etməlidir.
Cadudan qorunmaq üçün falçıların yanına getmək yox, Allahın əmrlərini yerinə yetirmək, dua etmək, namaz qılmaq, əl-İxlas, əl-Fələq, ən-Nas surələri və Ayətul-Kursini gün ərzində çoxlu oxumaq, Allahı çoxlu zikr etmək, evdə Quranı səslə oxutmaq, ruqya (Quranla müalicə) etmək və s. Quran və Səhih hədislərin bizə buyurduğu halal vasitələrdən istifadə etmək lazımdır. Quranın olduğu evin qorunması fikri yanlışdır. Lakin səhih hədislərdə xəbər verilir ki, içində Quran oxunan evə şeytan daxil olmağa ehtiyat edir. Daha ətraflı:
Paylaş: