Cənnət əhli namaz qılacaqmı və oradakı qadınlar hicab bağlayacaqlarmı?

    15.03.2014
Sual: 
Salam aleykum. 1) Cennet ehli namaz qilacaqmi? 2) Cennetdeki qadinlar hicablarina riayet edeceklermi? Allah razi olsun.
Cavab: 

Aleykum salam. Cənnət əhli namaz qılmayacaq, oradakı qadınların hicabda olub-olmaması ilə bağlı isə şəriətdə dəqiq məlumat verilməyib. İbadətin bütün növləri bu dünyada Uca Allahın rəhməti sayəsində Onun rizasını və cənnəti qazanmaq üçün buyurulmuşdur. Axirət yurdundakı Cənnət diyarı isə oranın əhli üçün əbədi dincəliş və istirahət məkanıdır. Həmçinin, Cənnət əhli yatacaqmı? cavabını oxuya bilərsiniz. Uca Allah bizləri Cənnət əhlindən etsin! Amin! Həmçinin oxuyun: Cənnətdə namaz qılınacaqmı?

Paylaş: