Valideynlərimin icazəsi olmadan qoşulub qaçaraq ailə qurmaq qədərdirmi?

    17.12.2018
Kimdən: 
momin qadin
Sual: 
Es selamu aleyku ve rehmetullahi ve bereketuhu. Men valideynlerimin raziligi olmadan qosulub qacmisam 10 il bundan qabaq. toyumuz oldu amma menim terefimden hec kes toyda istirak etmedi. o vaxti bilmirirdim ki bu gunahdir. indi Allahdan bagiülanma dileyirem ve tovbe edirem. toyumuzdan bir nece ay sonra barisdiq valideynlerimle. amma umumen yene de soyuqdu munasibetler. men bilmek isteyirem ki heyatimin bu cur olmagi yeni gunah oldugunu bilmeden bu cur aile heyati qurdugumagim menim qederimdi ,qismetimdi?
Cavab: 
Və aleykumus-Sələm və rahmətullahi və bərakətuhu. Uca Allah hər şeyi bilir. O hər bir şeyin qədərini öz dərgahındakı kitabda - "Lövhi-Məhfuz"da yazmışdır. Bununla yanaşı insana iradə və seçim azadlığı vermişdir. Bəzi insanlar öz günah əməllərinə qədəri bəhanə gətirirlər. Bu səhvdir, çünki insan əməllərini özü müstəqil olaraq edir və buna görə məsuliyyəti yalnız özü daşıyır. Uca Allah heç kəsi məcbur etmir. Əgər belə olsaydı, peyğəmbərlərin gəlməsi, ilahi kitabların nazil olması və Qiyamət günü sorğu-sual olunma heç bir məna kəsb etməzdi və bu, ədalətsizlik sayılardı.
Qadının atasının razılığı olmadan qoşulub qaçması böyük günahdır və bu cür nigah batildir. Lakin, hər bir halda qadın bu əməlinə görə tövbə etməli, valideynlərinin halallığını, könülünü almağa, onlarla münasibətləri düzəltməyə, bacardığı qədər onlara yaxşılıq etməyə çalışmalı və Allahdan onlar üçün bağışlanma diləməlidir. Həmçinin, başda namaz olmaqla xeyirli əməllərinizi çoxaldın. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Harada olursan ol, Allahdan qorx. Bir pis iş (günah) etdikdə ardınca yaxşı əməl et ki, onu silib aparsın və insanlarla ən gözəl əxlaqla davran!" (İmam Əhməd və ət-Tirmizi). Daha ətraflı:
Teqlər: 
Paylaş: