Etdiyim günaha görə tövbə etmişəm və namaz qılıram, Cənnətə girə biləcəyəmmi?

    20.12.2018
Sual: 
Salam men namaz qllram tercumesi azerice olan quranl oxuyuram isletdiyim gunaha gorede Allahdan baqwlanmaqlml isdemwemyrem ve tovbe etmiwem.ikinci'yenede bezen azda olsa gunahlarlm olur Insanlar meni bawaduwmeyende sebrsizem.ama namazlmdan el cekmemwem.men cennete gire bileceyemmi? Yani menim yaxwl emellerme gore cenneti goreceyemmi azda olsa veyaxud pis emellerme gorede cehenemde olaam yoxsa nece bunu mene başa salardlz.men Allaha cox inanam biriyem ve Axiretdende qorxuram.3cu suallmda.men namaz qllram zikir elyirem haramdan uzaq dururam yenede kaslbcllq heyatl sururem..etraflmlzda eleleri gorrem ne namazl yox ne zikir nede Allahln axireti fikirlewmir olara Allah nece mal dovlet verir?x.c
Cavab: 

Və aleykum Salam.
1. Allaha heç bir şeyi şərik qoşmadan yalnız Ona ibadət edən və Muhəmməd peyğəmbərin yoluna tabe olan, özünü haramlardan qoruyan hər bir müsəlman Cənnətə daxil olacaq. Uca Allah buyurur: "Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi göyün və yerin genişliyi qədər olan, Allaha və Onun elçilərinə iman gətirənlər üçün hazırlanmış Cənnətə tələsin. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah böyük lütf sahibidir". (əl-Hədid, 21).
Həmçinin, əgər qadın islamın vacib buyurduğu əməlləri yerinə yetirər və günah olmayan məsələlərdə ərinə itaət edib onu razı salarsa, böyük savab qazanar və Cənnətə düşər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qadın beş vaxt namazını qılar, Ramazan orucunu tutar, özünü haramdan qoruyar və ərinə itaət edərsə, Qiyamət günü ona: Cənnətin hansı qapısından istəyirsənsə, ora daxil ol deyilər...". (İmam Əhməd, 1661). Günah etdikdə isə dərhal tövbə etmək, o günaha qayıtmamağa çalışmaq və xeyirli əməllər etmək lazımdır ki, günahı silib aparsın. Uca Allah buyurur: "O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər. Onların mükafatı, Rəbbindən bağışlanma və ağacları altından çaylar axan Cənnət bağlarıdır ki, orada əbədi qalacaqlar. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!" (Ali İmran, 135-136). Daha ətraflı:
Vacib buyurulanları yerinə yetirən mütləq Cənnətə girəcək?
Tövbə etsəm, Allah məni bağışlayarmı?
Səbirli olmaq üçün nə edim? 
2. Hər kəsin həyatında işlərinin yaxşı və pis getdiyi vaxtlar olur. Uğursuzluğun müxtəlif səbəbləri olsa da, ümumən bu, Allahın imtahanlarıdır. Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver". (əl-Bəqərə, 155). Sıxıntıların aradan qalxması və ruzinizin artması üçün Allaha çoxlu dua etmək və ruzi qazanmaq üçün şəriətdə buyulan səbəblərdən isitfadə edərək çalışmaq lazımdır. Daha ətraflı:
Niyə pis yolda olanların işləri yaxşı gedir, mən isə əziyyət çəkirəm?
Ruzinin artması üçün nə etməliyik?

Paylaş: