Xəstəlik səbəbilə cinsi orqanından qan gəlməsi namazı batil edirmi?

    09.08.2019
Sual: 
Salam. Qadın xəstəliyi ile elaqedar mualice meqsedli spiral qoyulub. Mənim namazın batildur? Yeni müalicə müddətində daim qan gəlib. Bəlkə üç ay. Bu müddətdə yalnız cimdikde həmin gün qalmışam, sonrakı günlərdə alınmayıb.
Cavab: 

Və aleykum Salam. Spiral qoymaq namazı batil etmir. Qadın yalnız iki halda namazları tərk edə bilər. Heyz (aybaşı) və Nifas (doğuşdan sonra axan qan) vaxtı. Sizdə baş verən hal isə istihazəli qadının hökmünə daxildir. İstihazə qanı - heyz və ya nifas olmayan vaxtlarda, yaxud bu hallardan dərhal sonra ifraz olunan qandır. Heyzlə haram olan əməllərin heç biri istihazə ilə haram olmur. İstihazə olan qadın heyz günlərində namazı saxlayır. Heyz olmasını isə qadın qanın əlamətlərindən (iy, rəng, qatılıq və s.) və özündə olan hallardan (ağrı, narahatçılıq və s.) bilir. Həmçinin, əvvəl heyz olduğu günlərdən də müəyyən etmək olar. Bu müddət ərzində namazlarını saxlayır. Bu müddət bitdikdən sonra gələn qan istihazədir. İstihazəli qadın sadəcə olaraq hər bir namaz üçün ayrıca dəstəmaz almalıdır. Çünki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) istihazə olan qadına belə demişdir: "...sonra hər namaz üçün dəstəmaz al". (Əbu Davud, 195; İbn Məcəh, 624). Daha ətraflı:
Dəstəmazı və namazı batil edən hallar
İslam fiqhi: İstihazə
İslam fiqhi: İstihazəli qadınla əlaqədar hökmlər

 

 

Paylaş: