Namazı bir müddət tərk etdikdən sonra yenidən başlamaq günahdırmı?

    28.10.2019
Sual: 
Namazi atob sora yeniden qilmaq gunahdirmi?
Cavab: 

Əssələmu aleykum. Bildiyimiz kimi İslam dini beş əsas üzərində qurulmuşdur. Bu barədə Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "İslam beş əsas üzərində qurulmuşdur: 1) Allahdan başqa ibadətə layiq heç bir tanrının olmadığına və Məhəmmədin Allahın elçisi olmasına şəhadət gətirmək, 2) namaz qılmaq, 3) zəkat vermək, 4) Allahın Evini həcc etmək və 5) Ramazan ayını oruc tutmaq". (Səhih əl-Buxari, 8; Səhih Muslim, 16).
Hədisdən göründüyü kimi namaz qılmaq İslamın ikinci əsasıdır. Bu səbəbdən namazı tərk etmək böyük günahlardan sayılır. Namazı tərk etməyin günahı hətta içki içməkdən, adam öldürməkdən və zina etməkdən daha böyük hesab olunur. Ağlı başında olan hər bir mükəlləf müsəlman namaz qılmalıdır. Namazı tərk edən insan dərhal tövbə etməli və namaza başlamalıdır. Uca Allah tövbələri qəbul edir. Bir müddət namazı tərk edib sonra yenidən namaza başladıqda buraxılan namazlar qılınmır. Tövbə etdikdən sonra namazları vaxtlı-vaxtında və qaydasında qılmağa, həmçinin nafilə namazları və digər xeyirxah əməlləri çoxaltmağa çalışın. Uca Allah buyurur: "Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır". (Hud, 114).
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Günah etdikdə ardından yaxşı əməl et ki, onu silsin və insanlarla gözəl əxlaqla rəftar et". (Sunən ət-Tirmizi, 1987). Namazın İslamdakı yeri və onu tərk etməyin günahı barədə daha ətraflı buradan oxuyun:
Namaz bir nurdur
Namaz ən fəzilətli ibadətdir!
Namaz qılmayan Cənnətə girə bilərmi?
Namazı tərk etmişdim, yenidən başlasam, Allah bağışlayarmı?

Paylaş: