Şəhid olmağı arzulamaq doğrudurmu?

    22.10.2020
Kimdən: 
...
Sual: 
Salam. Qardawim var 14yawinda Namaza bawlayibdir. Bilmek isterdim ona qusul duwurmu? Ve menim qardawim cox tez tez mene deyirki men isteyiremki veten wehidi olum cunki gunahlar iwlemek istemirem ele wehid olsam yaxwidir. Elbetde mende bilirem ki wehidlik gozel zirvedir. Lakin men cox pis oluram bu movzuya gore men hec zaman istemerem ki ona nese olsun ve deyiremki besdi bow bow daniwma ne wehidi filan bele demekle men gunah qazanmiw oluram??3.boyuklerin uzune qayitmaq olmaz sa bes o boyukler insani daha yorur ve qesdle sebrden cixardrsa men ne etsem duz olar dinimize gore?eger menim yoldasim menimcun pulvermir ve ehtiyaclarimi paltarv.s Kimi ehtiyclarimi odemirse menim gizln pul gotr olar?
Cavab: 
Və aleykum Salam.
1) Əgər qardaşınız həddi-büluğa çatmışsa və cunub olarsa (yuxuda şəhvətlə boşalma) bu halda onun üzərinə qüsl etmək vacibdir. Həddi-büluğa çatma əlaməti və qüslü vacib edən hallar barədə daha ətraflı oxuyun:
Yetkinlik yaşına çatmağın əlamətləri nədir?
Qüsl necə alınır və onu pozan amillər hansılardır? 

2) Bir insanın şəhid olmağı arzu etməsi imanın əlamətlərindəndir. Şəhidlik İslamda ən uca zirvədir. Allah Elçisi (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Şəhidin Allah dərgahında altı xüsusiyyəti vardır; ilk (qan damcısı ilə) bağışlanır, Cənnətdəki yerini görür, qəbir əzabından qorunur, Qiyamət gününü dəhşətli qorxusundan arxayın olur, başına vüqar tacı qoyulur - Onun üzərindəki yaqut dənəsi dünya və onun içəri­sində olanlardan daha xeyirlidir - yetmiş iki huri ilə evləndirilir və qohum-əqrabasından yetmiş nəfərə şəfaət edir". (ət-Tirmizi, 1663, 1764).
Həmçinin buyurur: "Kim dəvənin iki sağımı arasında olan müddət qədər Allah yolunda döyüşərsə, Cənnət onun üçün vacib olar. Kim sidq-ürəklə Allah­dan şəhid olmağı diləyərsə, sonra (yatağında) ölsə və ya öldürülsə belə, ona şəhid savabı verilər. Kim Allah yolunda (döyüşərək) yaralansa və ya (döyüşə gedib ehtiyatsızlıqdan) yara alsa, Qiyamət günü o, (dünyada yarasından axdığı qandan) daha çox qan ilə (Allahın hüzuruna) gələcək. Onun qanının rəngi zəfəran rəngi, qoxusu da müşk qoxusu olacaq. Kimin vücudunda Allah yolunda bir çiban çıxsa, onun üzərinə şəhidlik möhürü vurular". (Əbu Davud, 2541, 2543). 
İnsan bilməlidir ki, Uca Allah onun harada və necə öləcəyini o hələ anasının bətnində olarkən müəyyən etmiş və yazmışdır. Bir insanın döyüşə getməsi və ya evində oturması onun əcəlini azaldıb-artırmaz. Uca Allah bu xüsusda buyurur: "Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta əl­çatmaz qala­lar­da ol­sanız belə". (ən-Nisa, 78). İbn Kəsir bu ayənin təfsirində deyir: "Yəni siz mütləq öləcəksiniz və sizdən heç kim ölümdən xilas ola bilməyəcək. Necə ki, Uca Allah başqa ayələrdə belə buyurur: "Yer üzündə olan hər kəs ölməyə məhkumdur. Ancaq Rəbbinin əzə­mət­li və kə­ramətli Üzü əbə­didir". (ər-Rahmən, 26-27); "Hər kəs ölümü da­da­caq". (Ali-İmran, 185); "Səndən əvvəl də heç bir bəşərə ölümsüzlük nəsib et­mə­dik. Mə­gər sən öləcəksən, on­lar həmişəlik qalacaqlar?!" (əl-Ənbiya, 34). Bu ayələrdə hər kəsin mütləq öləcəyi və heç bir şeyin onları ölümdən qurtara bilməyəcəyi nəzərdə tutulur, fərq etməz istər Allah yolunda döyüşsün, istər döyüşməsin. Onun üçün əzəldən müəyyən olunmuş qəti bir əcəl və müddət vardır. Necə ki, Xalid ibn Validin (Allah ondan razı olsun) ölüm ayağında belə dediyi rəvayət edilir: "Filan-filan döyüşlərdə iştirak etdim. Bədən əzalarımdan elə bir əza yoxdur ki, onda ox, nizə və ya qılınc yarası olmasın. Amma indi yatağımda uzanmış ölürəm. Görüm qorxaqların gözünə heç yuxu getməsin!" (əz-Zəməxşəri "Təfsir" 1/431; əd-Dinəvəri "Məcəlisətu və Cəvahirul-İlm". 836). Daha ətraflı:
Allah yolunda döyüşməyin fəziləti
Allahın şəhidlər haqda dedikləri - Ali-İmran surəsi 169 - 171 - ci ayələr

3) Dinimiz bizə böyüklərə hörmət etməyi buyurur. Xüsusilə əgər bu böyüklər valideynlərdirsə, onlara hörmət etmək daha vacibdir. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Kiçiyimizə mərhəmət göstərməyən, böyüyümüzə hörmət etməyən bizdən deyil!" (ət-Tirmizi "əl-Birr", 15; Əbu Davud "Ədəb", 58). Alimlər hədislərdə vurğulanan "bizdən deyildir" ifadəsini haram əmələ və ya böyük günaha yol vermək kimi açıqlamışlar. Digər bir hədisdə isə "Yaşlılara hörmətin sayəsində insanın ruzisi və ömrü artır və yenə yaşlılara görə Uca Allah gənclərdən köməyini əsirgəmir" demişdir. (ət-Tirmizi: "Cihəd", 24; Əbu Dəvud: "Cihəd", 70). Daha ətraflı:
Böyüklər xətrimə dəyəndə özümü necə aparım ki, Allah məndən razı qalsın?
Ata-ananı incitməyin günahı barədə

4) Ailədə ər-arvad arasında səmimiyyətin olması çox önəmlidir. Əslində qadın ərinin icazəsi olmadan onun pulundan götürə bilməz. Lakin, bəzi hallar istisnadır. Daha ətraflı: Qadın ərinin cibindən icazəsiz pul götürə bilərmi?

Teqlər: 
Paylaş: