Ana bətnində olan uşağın adından sədəqə vermək olarmı?

    26.08.2020
Sual: 
Ana bətnində olan uşağın adından ehtiyacı olan insanlara sədəqə vermək olarmı? Bu savab kimə yazılır?
Cavab: 

Salam aleykum. Dinimizə görə ana bətnində olan uşağın adından Fitrə zəkatı çıxarmaq bəyənilir. Bəzi səhabələrdən rəvayət edilir ki, onlar ana bətnində olan uşağın adından Fitrə zəkatı çıxarmışlar. Bu səhabələrdən biri də Osman obn Affan olmuşdur (Allah ondan razı olsun). Fitrə zəkatı Ramazan ayının son günləri kasıblara verilən sədəqədir. Fitrə zəkatı barədə ətraflı oxuyun:
Fitrə zəkatı
Fitrə zəkatı hansı məhsullardan verilir?

Dinimizdə ana bətnində olan uşağın adından sədəqə çıxarmağı qadağan edən bir dəlil yoxdur. Bu səbəbdən bəzi alimlər adi sədəqəni də Fitrə zəkatına qiyas edərək ana bətnində olan uşağın adından sədəqə verməyi icazəli görmüşlər. Uşağın adından edilən saleh əməllərin savabı həm uşağın özünə, həm də onun valideynlərinə yazılır. İbn Abbas (Allah ondan razı olsun) deyir ki, bir qadın əlindəki uşağı qaldırıb Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) göstərdi və dedi: "Ey Allahın Elçisi, bu uşağın həcci sayılırmı?" Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi: "Bəli. Sənin üçün də savab vardır". (Səhih Muslim, 648. 1336; Əbu Davud, 1720; ən-Nəsai, 5/120.) Bu hədis göstərir ki, kişik uşaqlara da savab yazılır. əgər ana bətnbində olan uşağa ruh verilibsə, o da uşaq hökmündədir.
Həmçinin oxuyun: Uşaqlara günah yazılmır, bəs savab yazılırmı?

Teqlər: 
Paylaş: