Namazı dəfələrlə qılıb sonra dayandıran çox günah qazanırmı?

    25.02.2022
Kimdən: 
A...
Sual: 
Salam.Men neçe defe namaz qılıb sonra dayandırmışam.aileliyem müəyyən sebebler olur.işim çox olur və.s kimi şeyler.Çoxmu günah edirem namazı qılmamağıma?
Cavab: 

Va aleykum Salaam. Namazı tərk etmək böyük günahlardandır və insanın Axirətdə əzab çəkməsinə səbəbdir. Uca Allah buyurur: "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğayy dərəsinə atılacaqlar". (Məryəm, 59).
"Onlar Cənnət bağlarında bir-birlərindən soruşacaqlar - günahkarlar barəsində. Sizi Səqərə salan nədir? Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik..."(əl-Muddəssir, 40-43). Tövbə edərək namaza qayıtmaq günah yox, böyük savabdır. İnşallah, gecikdirmədən namaza başlayın. Həmçinin oxuyun:

Paylaş: