Autizm xəstəliyi olan insanlara namazı necə öyrətmək olar?
Sual:
Əssələmu Aleykum.təzə quran oxumağa başlayan biri yavaş yavas çetinlik çekerek oxuyursa bunda bir gunah varmi yeni ele oxuyaramsa savab varmi. Birdeki ereb dili bilmeyib qurani oxuyan savab qazanirmi?qadindan vaginal axinti çox gelirse bele halda o uzurlu sayilirmi, cunki destamaz aliram namaza dururam axinti gelir tezelesəm namaz qilanda gelir ne ede bilerem bele halda?oglumda avutizm spektr pozuntusu var ve onlarin tam qavramir her seyi bele halda ona nece namaz qilmagi dini oyrede bilerem . Cunki oz dunyasi var ve bizim dediyimiz seylərə reaksiya vermir
Cavab:
Və aleykum Salam.
1) Quranı yeni öyrənən insan Quranı çətinlik çəkərək yavaş-yavaş oxumaqla da savab qazanır. Aişədən (Allah ondan razı olsun) rəvayət oldunduğuna görə Peyğəmbər ﷺ buyurmuşdur: "Qurani Kərimi oxuyub məharət sahibi olan, hörmətli və itaətkar mələklərlə bərabərdir. Qurani Kərimi oxuyan və oxunmasında çətinlik çəkərək kəkələyən kimsəyə isə iki mükafat (savab) vardır". (əl-Buxari "Tövhid", 52, №: 4937; Muslim, 244, 798). Ətraflı oxuyun:
2) Quran oxuyan oxuduğu hər hərfə görə on savab qazanır, fərq etməz istər ərəbcə mənasını bilsin, istər bilməsin. Ətraflı oxuyun:
3) Bu cavabı oxuyun:
4) Uca Allahdan övladınıza şəfa verməsini diləyirik! Uca Allah insandan onun gücü çatmayanı tələb etmir. Uca Allah buyurur: “Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər” (əl-Bəqərə, 286). Yəni Allah insana gücü yetəndən artığını yükləməz. Bu, Allahın yaratdıqlarına olan lütfündən və mərhəmətindən irəli gəlir. Qiyamət günü insan sorğu-sual ediləcək və yalnız gücünün çatdığı əməllərə görə məsuliyyət daşıyacaq. Odur ki siz övladınıza namazı və digər ibadətləri izah etməyə çalışın. Əgər bütün səylərə baxmayaraq dərk etməsə, demək ki o üzürlüdür. Ətraflı oxuyun: