İş vaxtıb Sübh namazından əvvəl başlayırsa, namazı necə qıla bilərəm?
Sual:
Salam Aleykum bir sualım olacaq.
Menim işim sübh namazından qabağ saat 6 da başayır namaz ise 7 başlayır men namazımı nece qılım?
Cavab:
Və aleykum Salam. Namazın şərtlərindən biri də namazı vaxtında qılmaqdır. Uca Allah buyurur: "Namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir". (ən-Nisa, 103). Vaxtından əvvəl qılınan namaz qəbul deyil. Həmçinin üzrlü səbəblər (yatıb qalmaq və ya unutmaq) istisna olmaqla, vaxtı çıxdıqdan sonra qılınan namaz qəbul deyil. Odur ki, siz evdən dəstəmazlı halda çıxıb Sübh namazını vaxtı girdikdən sonra iş yerində qılmalısınız. Həmçinin oxuyun: