Qurana and içib andını pozan kəffarə orucunu nə zaman tutmalıdır?

    11.01.2025
Kimdən: 
.
Sual: 
"Bunları etməyə imkanı olmayan şəxs üç gün oruc tutmalıdır." Salam belə bir cümlə yazmışdınız, Qurana and içib pozmaq məcburiyyətində qaldım. Mən bu orucu nə zaman tutmalıyam? İstədiyim vaxt tuta bilərəm?
Cavab: 

Əssələmu aleykum. Andın kəffarəsi barədə Uca Allah belə buyurur: "Allah sizi qəsdiniz olmadan içdiyiniz andlara görə (onları pozmağa görə) cəzalandırmaz, lakin O, sizi qəsdlə içdiyiniz andlara görə cəzalandırar. Bunun kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabı dəyərində ya on kasıbı yedirtmək və ya onları geyindirmək və yaxud da bir köləni azad etməkdir. Kəffarə vermək üçün bir şey tapmayan kimsə üç gün oruc tutsun". (əl-Maidə, 89). Əvvəla bunu qeyd edək ki, andını pozan şəxs on kasıbı yedizdirməyə imkanı çatmadığı təqdirdə oruc tutmağa keçməlidir. Əgər on kasıbı yedizdirməyə imkanı çatırsa, oruc tutmağa keçə bilməz. Kəffarə orucu ardıcıl tutulur və onu istənilən vaxt tutmaq olar. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: